Vakansiya haqqında

Departament/Şöbə: İnformasiya Texnologiyaları Departamenti

Vəzifə öhdəlikləri:

  • İlkin İT Dəstəyi: Şirkətin daxili istifadəçilərinə texniki məsələlər üzrə ilkin İT dəstəyinin göstərilməsi.
  • Sorğuların İdarə Edilməsi: Daxil olan sorğuların ManageEngine ServiceDesk Plus (Ticketing/ITSM) sistemi üzərindən qəbul edilməsi, qeydiyyata alınması və idarə olunması.
  • Texniki Problemlərin Həlli: Kompüter avadanlıqları (Hardware), proqram təminatı (Software) və əsas şəbəkə problemlərinin diaqnostikası və həllində iştirak etmək.
  • Sənədləşdirmə: Yaranan texniki problemləri və onların həlli yollarını sistemdə düzgün sənədləşdirmək.
  • İstifadəçi Dəstəyi: Şəbəkə və əməliyyat sistemləri ilə bağlı gündəlik daxil olan texniki müraciətləri operativ şəkildə yönləndirmək və həll etmək.

Namizədə dair tələblər:

  • Təhsil: İnformasiya Texnologiyaları, Kompüter Mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali təhsil.
  • Dil Bilikləri: Azərbaycan və İngilis dillərini yaxşı bilmək, sərbəst danışıq bacarığı (xarici resurslarla işləmək və yazışmalar üçün mütləqdir). Rus dilinin olması arzu olunandır.

Texniki Biliklər:

  • Windows əməliyyat sistemi və kompüter avadanlıqları haqqında əsas biliklər;
  • Şəbəkə üzrə əsas anlayışlar (IP, DNS, DHCP, LAN/Wi-Fi);
  • Active Directory haqqında əsas biliklər.

Şəxsi Keyfiyyətlər: Yaxşı kommunikasiya və komanda ilə işləmək bacarığı, problemləri analiz etmək yetənəyi, öyrənməyə böyük həvəs və yeni texnologiyalara maraq.

Üstünlük verilməkdədir:

  • Helpdesk və ya İT Support üzrə ilkin təcrübə və ya təcrübə proqramlarında iştirak;
  • Ticketing/ITSM sistemləri haqqında ümumi anlayış;
  • ManageEngine məhsulları ilə tanışlıq.

İş şərtləri və Şirkət tərəfindən təklif olunur:

  • Əmək haqqı: Müsahibə zamanı bildiriləcək (bilik və təcrübəyə uyğun);
  • İş saatları: 09:00 - 18:00;
  • Nahar fasiləsi: 13:00 - 14:00;
  • İstirahət günləri: Şənbə və bazar;
  • İT sahəsində peşəkar komandada real layihələr üzərində təcrübə qazanmaq imkanı;
  • Uğurlu təcrübə müddətindən sonra komandada daimi işə götürülmə şansı;
  • Şirkət tərəfindən təmin olunan nahar;
  • Korporativ nömrə və danışıq limiti.

Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Helpdesk Intern” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Vacib qeydlər:

  • CV və ya Resumelərdə əmək haqqı gözləntisi mütləq qeyd edilməlidir.
  • Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Ünvan: 152 Heydar Aliyev avenue, Chinar Plaza

Əlaqə: +994 50 261 35 50

Yerləşmə
Azərbaycan
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 avqust 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
20 sentyabr 2026

Şirkət haqqında

Rabalon
IT Services and IT Consulting · Baku
Rabalon — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

North West
Middle · 4+ il
Maaş göstərilməyib

İT avadanlıqlarının idarə olunması və istifadəçi dəstəyi üzrə 4 il təcrübəsi tələb olunur.

Active DirectoryGroup PolicyTCP/IPTechnical Documentation+21
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Helpdesk təcrübəçisi
Müraciət et