Proqram təminatlarına texniki dəstək verir və ERP sistemlərinin quraşdırılmasını təmin edir.
Vakansiya haqqında
Vəzifə və öhdəliklər
- İstifadəçilərin gündəlik texniki müraciətlərinin qəbul edilməsi və operativ həlli (kompüter, proqram təminatı, internet, telefon və s.).
- Kompüter, noutbuk, monitor, printer, skaner və digər ofis avadanlıqlarının quraşdırılması, qoşulması və texniki dəstəyi.
- Printerlərin gündəlik texniki xidməti, kartriclərin dəyişdirilməsi və sadə nasazlıqların aradan qaldırılması.
- İş yerlərində şəbəkə və digər kabellərin qoşulması, dəyişdirilməsi və bağlantı problemlərinin aradan qaldırılması.
- Windows, Microsoft Office və Microsoft 365 üzrə istifadəçilərə ilkin texniki dəstəyin göstərilməsi.
- LAN, Wi-Fi, internet və VPN bağlantılarında yaranan problemlərin ilkin diaqnostikası.
- IP-telefonların qoşulması və sadə texniki nasazlıqlarının aradan qaldırılması.
- Yeni əməkdaşlar üçün iş yerlərinin hazırlanması: kompüter, domen hesabı, korporativ e-poçt, telefon və tələb olunan proqram təminatı.
- İT avadanlıqlarının inventar uçotunun aparılması və yenilənməsi.
- Texniki müraciətlərin ticketing sistemində qeydiyyatı, izlənilməsi və vaxtında həll edilməsi.
- Zərurət yarandıqda şirkətin müxtəlif obyektlərində yerində texniki dəstəyin göstərilməsi
Bilik və bacarıqlar
- Windows 10/11 əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və texniki dəstəyi.
- Microsoft Office və Microsoft 365 tətbiqləri üzrə praktiki biliklər.
- Active Directory, domen hesabları və Group Policy haqqında ilkin biliklər.
- Baza şəbəkə bilikləri (TCP/IP, DHCP, DNS, LAN, Wi-Fi, VPN).
- Printer, skaner, IP-telefon və digər periferik avadanlıqların quraşdırılması və sazlanması.
- Kompüter avadanlıqlarının əsas komponentləri və sadə hardware problemlərinin aradan qaldırılması.
- Ticketing sistemləri ilə işləmək bacarığı (Jira, Zendesk və ya analoji sistemlər).
- Texniki problemlərin diaqnostikası və həlli (troubleshooting).
- Ünsiyyət, operativlik və komanda ilə işləmək bacarığı.
Namizədə tələblər:
- Ali və ya orta ixtisas texniki təhsili (arzuolunandır).
- İT texniki dəstək sahəsində minimum 1 il iş təcrübəsi.
- Azərbaycan və rus dillərində ünsiyyət bacarığı.
- İngilis dilində texniki sənədləri oxuyub anlamaq bacarığı.
- Məsuliyyətlilik, dəqiqlik və istifadəçi yönümlü yanaşma.
- Sumqayıt, Xırdalan və Masazır ərazisində yaşaması arzuolunandır
Biz təklif edirik:
- Peşəkar və inkişaf yönümlü iş mühiti
- Praktiki bilik və bacarıqları inkişaf etdirmək üçün şərait;
- Karyera inkişafı perspektivi
- Əmək haqqı: 700-800 AZN
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "IT üzrə kiçik mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İT texniki dəstək üzrə mütəxəssis üzrə bazar adətən 700–1 100 ₼ ödəyir, median — 800 ₼.
23 açıq vakansiya, 44 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İT texniki dəstək üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İT texniki dəstək sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
Əmək haqqı 700-800 manat aralığındadır.
İş saatları və günləri barədə məlumat verilməyib.
Namizəd CV-ni "mövzu" yerinə "IT üzrə kiçik mütəxəssis" qeyd etməklə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİT texniki dəstək üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Müştəri sorğularına cavab verir, şəbəkə problemlərini diaqnoz edir və həll edir.
İstifadəçi cihazlarını quraşdırır, şəbəkə və proqram təminatı problemlərini həll edir, IT dəstək göstərir.
İT dəstək texniki kimi istifadəçilərə cihazların quraşdırılması və problemlərin həllində kömək edir.



