Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin (IT risklər qrupu) qrup rəhbəri

ABB

Vakansiya haqqında

Görəcəyiniz işlər:

  • Bank üzrə İT və texnoloji risklərin müəyyən edilməsi, qeydiyyatı, qiymətləndirilməsi, monitorinqi və idarə edilməsi prosesinə rəhbərlik etmək;
  • COBIT, NIST, ISO 27001/27005, ISO 22301, CIS, PCI DSS, DORA və digər beynəlxalq standart və çərçivələrin tətbiqini qiymətləndirmək, müvafiq metodoloji yanaşmaların formalaşdırılmasını təmin etmək;
  • Bankın İT, İnformasiya Təhlükəsizliyi və Rəqəmsal istiqamətləri üzrə risklərin qiymətləndirilməsi prosesinə metodoloji dəstək göstərmək və birinci müdafiə xəttinin risklərin idarə edilməsi üzrə fəaliyyətinə nəzarət etmək;
  • İT risk insidentlərinin təhlilini, kök səbəb analizinin (RCA) qiymətləndirilməsini, risklərin təkrarlanmasının qarşısının alınması üzrə tədbirlərin hazırlanmasını və icrasına nəzarəti təmin etmək;
  • Rəqəmsal transformasiya, innovativ layihələr, bulud texnologiyaları, İT infrastruktur və informasiya sistemləri üzrə texnoloji risklərin qiymətləndirilməsini təşkil etmək;
  • İKT xidmət təminatçıları və üçüncü tərəflər üzrə texnoloji, informasiya təhlükəsizliyi və əməliyyat davamlılığı risklərinin qiymətləndirilməsinə nəzarət etmək;
  • İT risklərinin azaldılması, biznesin davamlılığı (BCP), fəlakətdən qurtarma (DRP) və rəqəmsal əməliyyat dayanıqlığı (DORA) istiqamətləri üzrə risklərin idarə edilməsini və müvafiq nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirmək;
  • İT riskləri üzrə risk iştahası limitlərinin, əsas risk göstəricilərinin (KRI) müəyyənləşdirilməsi, monitorinqi, kənarlaşmaların eskalasiyası və rəhbərlik üçün hesabatların hazırlanmasını təmin etmək;
  • İT risklərinin idarə edilməsi üzrə daxili normativ sənədlərin, metodologiyaların, siyasət və prosedurların hazırlanmasına və mütəmadi yenilənməsinə rəhbərlik etmək;
  • Daxili və xarici audit yoxlamaları nəticəsində müəyyən edilmiş İT riskləri üzrə tədbirlərin icrasına nəzarət etmək, risklərin azaldılması istiqamətində müvafiq tövsiyələr vermək;
  • İT riskləri üzrə Bankın struktur bölmələri ilə əməkdaşlığı, risk sahibləri ilə qarşılıqlı fəaliyyəti və əməkdaşların risk məlumatlılığının artırılmasını təmin etmək;
  • Qrupun fəaliyyətini planlaşdırmaq, əməkdaşlar arasında iş bölgüsünü və iş yükünün balanslaşdırılmasını təmin etmək, fəaliyyət nəticələrini qiymətləndirmək və komandanın peşəkar inkişafına dəstək göstərmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (İT mühəndislik, İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və ya Kompüter Elmləri sahələri üzrə)
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsinə malik olan (İT risklərin idarə edilməsi və ya əlaqəli sahədə minimum 7 illik təcrübə - Bu müddətdən ən azı 2 ili qrup və ya komanda rəhbərliyi təcrübəsi olan;
  • Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilən;
  • CRISC, CISA, CISSP və ya CISM sertifikatlarından ən azı biri olan;
  • COBIT, ISO 27001 Lead Implementer/Auditor, ISO 22301, IT Risk Fundamentals, ITIL və s. peşəkar sertifikatların olması arzu olunandırEffektiv ünsiyyət qurmaq və müxtəlif maraqlı tərəflərlə əməkdaşlıq etmək bacarığına malik olan;
  • Mərkəzi Bankın normativ aktları və Bank fəaliyyətini tənzimləyən qanunvericilik bazası ilə tanışlığı olan;
  • Bank sektorunun İT infrastrukturu, informasiya sistemləri, şəbəkə və verilənlər bazaları üzrə hərtərəfli bilikləri olan;
  • İT risklərin idarə edilməsi, qiymətləndirilməsi, azaldılması və beynəlxalq standartların (COBIT, NIST, ISO 27001 və s.) tətbiqi üzrə ekspert bilikləri olan;
  • BCP/DRP, üçüncü tərəf risklərinin idarə edilməsi (TPRM) və rəqəmsal əməliyyat dayanıqlığı (DORA) üzrə bilikləri olan;
  • Bulud texnologiyaları və süni intellekt (AI) həllərindən irəli gələn texnoloji risklərin qiymətləndirilməsi üzrə bilikləri olan;
  • Güclü liderlik və komanda idarəetmə bacarıqları olan;
  • Təşəbbüskar, nəticəyönümlü və məsuliyyətli şəxsdir.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Azərbaycan
Təcrübə
7+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 noyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
23 dekabr 2026
Baxış
37

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Kibertəhlükəsizlik üzrə mütəxəssis üzrə bazar adətən 600–1 300 ₼ ödəyir, median — 900 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

26 açıq vakansiya, 32 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Kibertəhlükəsizlik üzrə mütəxəssis kimi öz maaşını yoxla

Şirkət haqqında

ABB
Banking · 1001-5000 · Bakı
ABB — bütün vakansiyalar

ABB (Azərbaijan Beynəlxalq Bankı / The International Bank of Azerbaijan) — the largest bank in Azerbaijan by assets, with the country's widest branch and ATM network. Offers retail, corporate, SME and digital banking services.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Müraciət üçün son tarix 23 dekabr 2026-cı ildir.

İT risklərin idarə edilməsi və ya əlaqəli sahədə minimum 7 il iş təcrübəsi tələb olunur.

CRISC, CISA, CISSP və ya CISM sertifikatlarından ən azı biri tələb olunur; COBIT, ISO 27001 Lead Implementer/Auditor, ISO 22301, IT Risk Fundamentals, ITIL sertifikatları arzu olunur.

Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilməlidir.

Ali təhsil İT mühəndislik, İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və ya Kompüter Elmləri sahələrindən biri üzrə olmalıdır.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Kibertəhlükəsizlik üzrə mütəxəssis üzrə digər açıq elanlar.

Esyasoft CIS
RəhbərBakı
Maaş göstərilməyib

Şəbəkə və təhlükəsizlik əməliyyatlarını idarə etmək və kibertəhlükəsizlik monitorinqi aparmaq tələb olunur

SIEMTeam LeadershipNetwork MonitoringIncident Management+7
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin (IT risklər qrupu) qrup rəhbəri
Müraciət et