Kibertəhlükəsizlik və rəqəmsal dələduzluq üzrə mühəndis (L2)

ATB Bank

Vakansiya haqqında

Təsvir

  • Daxil olan informasiya təhlükəsizliyi insidentlərinin araşdırılması, təhlili və müvafiq cavab tədbirlərinin həyata keçirilməsi;
  • SIEM platformasında yaranan təhlükəsizlik xəbərdarlıqlarının (alertlərin) təhlil edilməsi və potensial təhdidlərin müəyyənləşdirilməsi;
  • SOAR platformasında mövcud playbook-ların təkmilləşdirilməsi, redaktəsi və yeni avtomatlaşdırılmış playbook-ların hazırlanaraq tətbiq edilməsi.
  • L1 analitiklər tərəfindən eskalasiya edilən təhlükəsizlik hadisələrinin araşdırılması və zəruri cavab tədbirlərinin görülməsi;
  • Təhlükə indikatorlarının (IOC) təhlil edilməsi və potensial təhdidlərin yayılmasının qarşısının alınması;
  • EDR, Firewall, Proxy, IDS/IPS və digər təhlükəsizlik sistemlərindən əldə edilən məlumatların toplanması, təhlili və korrelyasiyasının aparılması;
  • İnformasiya təhlükəsizliyi insidentlərinə cavabvermə (Incident Response) prosedurlarına uyğun tədbirlərin həyata keçirilməsi və nəticələrin sənədləşdirilməsi;
  • Təhlükəsizlik insidentlərinin idarə olunması üzrə prosedurların, playbook və runbook-ların hazırlanması və təkmilləşdirilməsində iştirak edilməsi;
  • Baş vermiş insidentlərin əsas səbəblərinin müəyyənləşdirilməsi (Root Cause Analysis) və təkrarlanma risklərinin azaldılması məqsədilə müvafiq hesabatların (Lessons Learned) hazırlanması.
  • Rəhbərlik tərəfindən vəzifə öhdəliklərindən irəli gələn müəyyən edilmiş tapşırıqların operativ və səmərəli şəkildə yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil (informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri və ya digər əlaqəli ixtisaslar üzrə);
  • Kibertəhlükəsizlik sahəsində minimum 2–3 il iş təcrübəsi;
  • Şəbəkə texnologiyaları və protokolları üzrə güclü nəzəri və praktiki biliklər;
  • SIEM sistemləri, xüsusilə IBM QRadar platforması ilə praktiki iş təcrübəsi;
  • EDR/XDR təhlükəsizlik həlləri ilə işləmək bacarığı;
  • SOAR platforması ilə işləmək bacarığı;
  • Zərərli proqram təminatlarının (Malware) və şübhəli faylların statik və dinamik analizini aparmaq bacarığı;
  • MITRE ATT&CK Framework və Cyber Kill Chain metodologiyaları üzrə bilik və praktiki tətbiq bacarığı;
  • Təhlükəsizlik insidentlərinin araşdırılması, təhlili və nəticələrin sənədləşdirilməsi bacarığı;
  • Analitik düşünmə, araşdırma və problemlərin operativ həlli bacarıqları;
  • BTL2, OSCP, CEH, CRTO, CySA+, CCNA və digər müvafiq beynəlxalq sertifikatların olması üstünlükdür.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, 85 Jalil Mammadguluzade street
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
28 oktyabr 2026
Son tarix
28 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
674

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Kibertəhlükəsizlik üzrə mütəxəssis üzrə bazar adətən 600–1 200 ₼ ödəyir, median — 800 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

22 açıq vakansiya, 30 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Kibertəhlükəsizlik üzrə mütəxəssis kimi öz maaşını yoxla

Şirkət haqqında

ATB Bank
Banking · 501-1,000 · Bakı
ATB Bank — bütün vakansiyalar

Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının 29 iyun 1995-ci il tarixli 234…

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Kibertəhlükəsizlik sahəsində minimum 2–3 il iş təcrübəsi tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Müraciət üçün son tarix 28 noyabr 2026-cı ildir.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Kibertəhlükəsizlik üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Technofusion LLC
Junior · 1+ ilBakı
Maaş göstərilməyib

Kiber təhlükəsizlik həllərinin tətbiqi və qiymətləndirilməsi üzrə iş görür, ən azı 1 il təcrübə tələb olunur.

ISO 27001Penetration TestingDocumentationNetwork Security+13
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Technofusion LLC
Junior · 1+ ilBakı
Maaş göstərilməyib

Kiber təhlükəsizlik həllərinin tətbiqi və qiymətləndirilməsi üzrə iş görür, ən azı 1 il təcrübə tələb olunur.

ISO 27001Penetration TestingDocumentationNetwork Security+13
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Kibertəhlükəsizlik və rəqəmsal dələduzluq üzrə mühəndis (L2)
Müraciət et