Vakansiya haqqında

Təsvir

  • Bankın inzibati və əməliyyat obyektlərində təhlükəsizlik və nəzarətin təmin edilməsi məqsədilə videomüşahidə və digər nəzarət sistemlərini fasiləsiz izləmək;
  • Videomüşahidə kameralarından daxil olan görüntüləri operativ şəkildə monitorinq etmək, şübhəli və ya qeyri-adi halları müəyyənləşdirmək və aidiyyəti şəxslərə məlumat vermək;
  • Bankın filiallarında, baş ofisində və digər obyektlərində baş verən hadisələri operativ müəyyən etmək, hadisə barədə müəyyən edilmiş prosedura uyğun olaraq rəhbərliyi və aidiyyəti struktur bölmələri məlumatlandırmaq;
  • Nəzarət sistemlərində aşkar edilmiş texniki nasazlıqlar barədə aidiyyəti struktur bölmələrə məlumat vermək və nasazlıqların aradan qaldırılmasını izləmək;
  • Nəzarət zamanı müəyyən edilmiş pozuntu, insident və şübhəli hallarla bağlı müvafiq məlumatları qeydiyyata almaq və hesabatların hazırlanmasında iştirak etmək;
  • Hadisə və insidentlərlə bağlı video görüntülərin müəyyən edilmiş qaydada qorunmasını və aidiyyəti şəxslərə təqdim edilməsini təmin etmək;
  • Bank əməkdaşlarının və üçüncü şəxslərin müəyyən edilmiş təhlükəsizlik və giriş-çıxış qaydalarına riayət etməsinə nəzarət etmək;
  • Fövqəladə hallar, təhlükəsizlik insidentləri və digər riskli vəziyyətlər zamanı müəyyən edilmiş prosedurlara uyğun operativ tədbirlər görmək və aidiyyəti şəxsləri məlumatlandırmaq;
  • Növbə ərzində baş vermiş hadisələr, aşkar edilmiş risklər və görülmüş tədbirlər barədə növbəni təhvil alan əməkdaşa ətraflı məlumat vermək və növbə təhvil-təslimini müəyyən edilmiş qaydada həyata keçirmək;
  • Nəzarət sistemlərindən əldə edilən məlumatların məxfiliyini qorumaq və həmin məlumatlardan yalnız xidməti məqsədlər üçün istifadə etmək;
  • Nəzarət şöbəsinin fəaliyyətinə aid digər tapşırıqları müəyyən edilmiş qaydada və vaxtında yerinə yetirmək.

Tələblər

  • Müvafiq sahə üzrə orta ixtisas təhsili (ali təhsil arzuolunandır);
  • Təhlükəsizlik, nəzarət, videomüşahidə və ya müvafiq sahələrdə iş təcrübəsi;
  • Videomüşahidə və digər texniki nəzarət sistemləri ilə işləmək bacarığı;
  • Təhlükəsizlik qaydaları və fövqəladə hallarda davranış prosedurları barədə məlumatlı olmaq;
  • Şübhəli və riskli halları operativ müəyyən etmək və düzgün qiymətləndirmək bacarığı;
  • Diqqətli, məsuliyyətli və yüksək müşahidə qabiliyyətinə malik olmaq;
  • Növbəli iş rejimində işləmək imkanı;
  • Komandada işləmək və operativ kommunikasiya bacarığı;
  • MS Office proqramlarından istifadə etmək bacarığı;
  • Xidməti məlumatların məxfiliyinin qorunması prinsiplərinə riayət etmək.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, 55 Rashid Behbudov Street
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
18 noyabr 2026
Son tarix
18 dekabr 2026
Baxış
508

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Təhlükəsizlik nəzarəti üzrə mütəxəssis üzrə bazar adətən 800–1 500 ₼ ödəyir, median — 850 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

3 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Təhlükəsizlik nəzarəti üzrə mütəxəssis kimi öz maaşını yoxla

Şirkət haqqında

Unibank
Banking · 1001-5000 · Bakı
Unibank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Növbəli iş rejimində işləmək tələb olunur.

Təhlükəsizlik, nəzarət, videomüşahidə və ya müvafiq sahələrdə iş təcrübəsi tələb olunur.

Müvafiq sahə üzrə orta ixtisas təhsili tələb olunur, ali təhsil arzuolunandır.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Təhlükəsizlik nəzarəti üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Nəzarət şöbəsinin operatoru-nəzarətçisi
Müraciət et