Şəbəkə təhlükəsizliyi şöbəsi aparıcı mütəxəssisi

Bir

Vakansiya haqqında

Şəbəkə təhlükəsizliyi şöbəsinin Aparıcı mütəxəssisi Bir ekosistemin şəbəkə və internetə açıq infrastrukturunun təhlükəsizliyini, dayanıqlığını və fasiləsiz fəaliyyətini təmin edir. Əsas fəaliyyət istiqamətləri Cloudflare, WAF və digər şəbəkə təhlükəsizliyi həllərinin idarə edilməsi, təhlükəsizlik qaydalarının optimallaşdırılması, SSL/TLS problemlərinin həlli və insidentlərin araşdırılmasıdır.

Vəzifə öhdəlikləri

Bankın şəbəkə və internetə açıq infrastrukturunun təhlükəsizliyinin, dayanıqlığının və fasiləsiz fəaliyyətinin təmin edilməsi;

Web Application Firewall həllərinin konfiqurasiyası, təhlükəsizlik siyasətlərinin hazırlanması və idarə edilməsi;

WAF qaydalarının təhlili və optimallaşdırılması, False Positive hallarının minimuma endirilməsi;

SSL/TLS sertifikatlarının, sertifikat zəncirlərinin və şifrələmə parametrlərinin idarə edilməsi, mürəkkəb TLS problemlərinin araşdırılması;

Şəbəkə təhlükəsizliyi insidentlərinin araşdırılması, əsas səbəblərinin müəyyən edilməsi və təkrarlanmasının qarşısını alan tədbirlərin hazırlanması;

Mövcud təhlükəsizlik arxitekturasının qiymətləndirilməsi, təkmilləşdirilməsi və yeni təhlükəsizlik mexanizmlərinin tətbiqi;

Təhlükəsizlik sistemlərinin yenilənməsi, konfiqurasiyaların standartlaşdırılması və texniki sənədləşmənin aktual saxlanılması;

Yeni təhlükəsizlik həllərinin tətbiqi, miqrasiyası və mövcud infrastruktura inteqrasiyası layihələrində texniki liderliyin təmin edilməsi;

Təhlükəsizlik qiymətləndirmələrinin, texniki testlərin və Proof of Concept (PoC) fəaliyyətlərinin planlaşdırılması və həyata keçirilməsi;

Digər İT komandaları ilə əməkdaşlıq edərək təhlükəsizlik tələblərinin layihələrə və gündəlik əməliyyat proseslərinə inteqrasiyası.

Tələblər

İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;

Şəbəkə və ya informasiya təhlükəsizliyi sahəsində minimum 4 il müvafiq iş təcrübəsi;

İnformasiya Təhlükəsizliyi üzrə beynalxalq standartlar barədə məlumatlı olmaq;

Cloudflare (DNS, CDN, WAF, DDoS Protection, SSL/TLS) xidmətləri üzrə dərin nəzəri bilik və geniş praktiki təcrübə;

Imperva, F5 və ya Radware WAF həllərindən ən azı biri üzrə yüksək səviyyədə praktiki təcrübə;

HTTP/HTTPS, DNS, TCP/IP, Reverse Proxy, TLS Handshake və veb tətbiqlərin təhlükəsizliyi prinsipləri üzrə dərin biliklər;

WAF təhlükəsizlik siyasətlərinin hazırlanması, qaydaların optimallaşdırılması, False Positive təhlili və mürəkkəb problemlərin diaqnostikası üzrə təcrübə;

SSL/TLS sertifikatlarının idarə edilməsi, Certificate Chain, TLS versiyaları, Cipher Suites və sertifikatlarla bağlı problemlərin həlli üzrə təcrübə;

OWASP Top 10 və veb tətbiqlərə yönəlmiş hücum metodları (SQL Injection, XSS, CSRF və s.) haqqında biliklər;

Next-Generation Firewall (NGFW) texnologiyaları və əsas təhlükəsizlik funksiyaları haqqında biliklər;

Güclü analitik düşünmə, müstəqil qərarvermə və mürəkkəb texniki problemlərin həlli bacarıqları;

Texniki mentorluq, komandalararası əməkdaşlıq və effektiv kommunikasiya bacarıqları.

Üstünlüklər

  • İnkişaf imkanları;
  • Rəqabətli əmək haqqı və bonuslar;
  • Yüksək təminatlı sığorta;
  • Dəstəkləyici mühit;
  • Visa Premium əmək haqqı kartı;
  • Korporativ endirimlər;
  • Korporativ tədbirlər;
  • Əlavə məzuniyyət;
  • Güzəştli təhsil və işçi krediti.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, PBT2 (Port Baku Tower 2)
Təcrübə
4+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 oktyabr 2026
Son tarix
21 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
448

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Kibertəhlükəsizlik üzrə mütəxəssis üzrə bazar adətən 600–1 200 ₼ ödəyir, median — 800 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

18 açıq vakansiya, 27 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Kibertəhlükəsizlik üzrə mütəxəssis kimi öz maaşını yoxla

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Baku
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri PBT2 (Port Baku Tower 2) binasında yerləşir.

Şəbəkə və ya informasiya təhlükəsizliyi sahəsində minimum 4 il iş təcrübəsi tələb olunur.

Rəqabətli əmək haqqı və bonuslar təklif olunur.

İş saatları və günləri barədə məlumat verilməyib.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Kibertəhlükəsizlik üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Şəbəkə təhlükəsizliyi şöbəsi aparıcı mütəxəssisi
Müraciət et