Şəbəkə infrastrukturunun təhlükəsizliyini və dayanıqlığını təmin etmək üçün yüksək səviyyəli şəbəkə bilikləri tələb olunur.
Vakansiya haqqında
Departament: İnformasiya texnologiyaları/ Müştəriyə texniki dəstək şöbəsi/ Şəbəkəyə texniki dəstək bölməsi
Vəzifə öhdəlikləri:
- Müştəri sorğularının MSP/Ticketing sistemi üzərindən qəbul və icrası
- İnsident və sorğuların SLA çərçivəsində idarə olunması
- Şəbəkə problemlərinin diaqnostikası və aradan qaldırılması
- Site-to-Site VPN və Remote Access VPN xidmətlərinin qurulması və dəstəklənməsi
- Firewall siyasətlərinin (Policies) hazırlanması və tətbiqi
- NAT konfiqurasiyalarının idarə olunması
- Şəbəkə və təhlükəsizlik loglarının təhlili
- Mövcud infrastrukturda dəyişikliklərin icrası və sənədləşdirilməsi
- Müştərilərə texniki dəstək və konsultasiya xidmətlərinin göstərilməsi
Tələb olunan bilik və bacarıqlar:
- İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil
- TCP/IP, VLAN, STP, EtherChannel, DHCP, DNS üzrə biliklər
- OSPF və BGP marşrutlaşdırma protokolları üzrə təcrübə
- Palo Alto Firewall platforması ilə iş təcrübəsi
- IPSec, SSL VPN və digər VPN texnologiyaları üzrə biliklər
- NAT və Firewall Policy konfiqurasiyalarının hazırlanması
- Şəbəkə və təhlükəsizlik loglarının analizi
- Troubleshooting bacarıqları
Üstünlük hesab olunur:
- CCNA səviyyəsində biliklər
- CCNP və ya ekvivalent sertifikatlar
- Cisco, Fortinet, Check Point və Juniper texnologiyaları üzrə biliklər
Şəxsi keyfiyyətlər:
- Analitik düşüncə
- Problem həll etmə bacarığı
- Komandada işləmək bacarığı
- Məsuliyyətlilik
- Müştəri yönümlü yanaşma
- Texniki sənədlərlə işləmək üçün ingilis dili biliyi
İş rejimi: Növbəli qrafik əsasında.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Şirkət haqqında
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzInTelecom" MMC güclü və təhlükəsiz bulud həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik…
AzInTelecom — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Böyük şəbəkə infrastrukturu üçün təhlükəsizlik həllərini dizayn edir və 5 ildən çox təcrübəsi var.
Şəbəkə avadanlıqlarını quraşdırmaq və yaranan problemləri həll etmək bacarığı.
Şəbəkə mühəndisi olaraq, Palo Alto firewall-larını idarə etmək və konfiqurasiya etmək bacarığı tələb olunur.




