Korporativ biznes platformaları üzrə kiçik mütəxəssis

SOCAR Tech

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Müəssisə biznes platformalarının texniki mühitini dəstəkləmək və idarə etmək;
  • Platformaların texniki mühitini sazlamaq, monitorinq etmək, yaranan problemləri araşdırmaq və aradan qaldırmaq;
  • Sistemləri quraşdırmaq, konfiqurasiya etmək, yeniləmək və texniki xidmətini həyata keçirmək;
  • Əməliyyat sistemləri, verilənlər bazaları, şəbəkə və tətbiq komponentləri arasında qarşılıqlı əlaqəni təhlil etmək;
  • Sistem və tətbiq loglarını (jurnallarını) təhlil etmək və texniki problemlərin ilkin diaqnostikasını aparmaq;
  • Backup (ehtiyat nüsxələmə) və recovery (bərpa) proseslərinin texniki prinsiplərini tətbiq etmək və onların düzgün işləməsini yoxlamaq;
  • Gündəlik texniki xidmət və monitorinq tapşırıqlarını icra etmək;
  • Təkrarlanan əməliyyatları avtomatlaşdırmaq və sadə skriptlərin hazırlanmasında iştirak etmək;
  • Texniki sənədlərin, prosedurların və əməliyyat qeydlərinin hazırlanmasında iştirak etmək;
  • SAP mühitinin inzibatçılığı ilə bağlı texniki tapşırıqları yerinə yetirmək və SAP Basis (SAP sistemlərinin texniki inzibatçılığı) istiqamətində inkişaf etmək.

Tələblər:

  • Kompüter Elmləri və ya Kompüter Mühəndisliyi üzrə Bakalavr dərəcəsi;
  • Şəbəkə texnologiyalarının əsas prinsiplərini anlamaq: TCP/IP, IP ünvanlaşdırma, subnetting, DNS, portlar və əsas şəbəkə protokolları;
  • Linux əməliyyat sisteminin əsas anlayışları və komandaları barədə bilik, proseslər, servislər, fayl sistemləri, istifadəçilər və giriş hüquqları kimi Linux sistem inzibatçılığı anlayışlarını başa düşmək. əməliyyat sistemləri ilə praktiki təcrübə;
  • Relational Database prinsipləri və SQL üzrə əsas anlayışlara üstünlük verilir, backup və recovery prinsipləri və əsas backup növləri barədə anlayış;
  • Tətbiqlərin və onların əməliyyat sistemi, şəbəkə və verilənlər bazası ilə qarşılıqlı əlaqəsinin əsas prinsiplərini başa düşmək;
  • Sistem Administration sahəsində təcrübə arzuolunandır;
  • Güclü problem həll etmə, analiz bacarıqları, texniki problemlərin araşdırılması, səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsi və analitik yanaşma bacarığı;
  • Yeni texnologiyaları müstəqil öyrənmək və texniki sənədlərlə işləmək və mənimsəmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilini səlis, İngilis dilini əla, Rus dilini orta bilməli;

Təminatlar:

  • Tibbi sığorta təminatı
  • Nahar təminatı
  • Peşəkar təlim və sertifikasiya proqramlarında iştirak imkanı
  • Xaricdə təhsil və peşəkar inkişaf proqramlarında iştirak imkanı
  • İdman və sağlamlıq proqramlarından yararlanmaq imkanı

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
30 sentyabr 2026

Şirkət haqqında

SOCAR Tech
İnformasiya və kommunikasiya, Proqram təminatı və İT xidmətləri · Bakı

SOCAR Tech — SOCAR və onun ekosistemi üçün texnologiya, rəqəmsallaşma və innovasiya sahəsində kompleks həllər təqdim edən texnologiya şirkətidir.

SOCAR Tech — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Iktex
SeniorBakı
Maaş göstərilməyib

Şəbəkə infrastrukturunun təhlükəsizliyini və dayanıqlığını təmin etmək üçün yüksək səviyyəli şəbəkə bilikləri tələb olunur.

TCP/IPRoutingSwitchingChange Management+20
Müraciət etAsan müraciətAsan müraciət
SOCAR Tech
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

DevOps Engineer CI/CD pipeline-lər, konteyner platformaları və avtomatlaşdırma üzrə təcrübə tələb edir.

JenkinsDockerKubernetesHelm+22
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Korporativ biznes platformaları üzrə kiçik mütəxəssis
Müraciət et