Şəbəkə infrastrukturunun təhlükəsizliyini və dayanıqlığını təmin etmək üçün yüksək səviyyəli şəbəkə bilikləri tələb olunur.
Vakansiya haqqında
Struktur bölmənin adı
- İnformasiya texnologiyaları əməliyyatları departamenti / İnformasiya texnologiyaları infrastrukturu şöbəsinin Şəbəkə inzibatçılığı bölməsi
Vəzifənin funksiyaları:
- Şəbəkə infrastruktur avadanlıqlarının quraşdırılmasını, sazlanmasını və istismara daxil edilməsini təmin edir;
- Bankdaxili struktur bölmələrə şəbəkə infrastrukturu ilə əlaqədar texniki dəstək göstərilməsini təmin edir.
- Ümumi infrastrukturun təkmilləşdirilməsi və inkişafı ilə bağlı şəbəkə strukturunun, proqram vasitələrinin və texniki avadanlıqların müəyyən edilməsində, habelə texniki sənədlərin hazırlanmasında iştirak edir;
- Mərkəzi Bankın lokal və qlobal şəbəkə struktur vahidlərinin etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi üzrə inzibatçılıq funksiyalarını həyata keçirir;
- Şəbəkə avadanlıqları və şəbəkə proqram təminatlarını test rejimində yoxlanılmasını təşkil edir;
- Şəbəkə nasazlıqlarının əsas səbəblərinin analiz edilməsi və qarşısının alınması üçün tədbirlər görülməsi prosesini icra edir.
- Cavabdeh olduğu infrastruktur komponentlərinin proqram təminatı versiyalarının daimi yenilənməsi üzrə işləri icra edir.
- Cavabdeh olduğu şəbəkə infrastrukturunun mövcud təlimatlara və istismar qaydalarına uyğun olaraq etibarlı və davamlı fəaliyyətini təmin edir;
- Cavabdeh olduğu şəbəkə infrastruktrur komponentlərinin ehtiyat surətlərinin idarəedilməsi (backup/restore) işini təşkil edir;
- Şəbəkə infrastrukturunun informasiya təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirir;
- Bölmənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Texniki kompetensiyalar
- LAN/WAN/Routing/Switching və digər şəbəkə texnologiyaları, TCP/IP və OSI modelləri
- Simsiz şəbəkə texnologiyaları
- İP telefoniya sistemləri
- Texniki sənədlərin hazırlanması
- Şəbəkə monitorinq alətləri, problemlərinin diaqnostikası, loqların araşdırılması
- Şəbəkədə backup və restore mexanizmləri
- SDN, SDWAN texnologiyaları
- Firewall-lar və şəbəkə təhlükəsizliyi
- Şəbəkəyə girişin idarəedilməsi (NAC) həlləri
- VPN texnologiyaları
Təcrübə
- Müvafiq sahədə minimum 1 il tələb olunur.
Təhsil
- Ali təhsil tələb olunur.
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (arzu olunandır) tələb olunur.
Kompüter bacarıqları:
- L2 və L3 şəbəkə protokolları, SİP, SİP trunk, Dial plan və İVR konfiqurasiyaları və idarəedilməsi üzrə bacarıqlar
- Müxtəlif istehsalçıların şəbəkə avadanlıqlarının konfiqurasiyası və idarə edilməsi üzrə bacarıqlar
- Firewall-ların konfiqurasiyaları və idarəedilməsi üzrə bacarıqlar
- Məsul olduğu infrastruktur komponentlərinin, informasiya sistemlərinin və servis proqram təminatlarının idarəedilməsi üzrə bacarıqlar tələb olunur
Sertifikatlar:
- CCNA və ya Comptia a+ network sertifikatları tələb olunur, CCNP (arzuolunandır)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
11 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
23 sentyabr 2026
Şirkət haqqında
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Banking · Baku
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Şəbəkə infrastrukturunun təhlükəsizliyini və dayanıqlığını təmin etmək üçün şəbəkə arxitekturasını inkişaf etdirir və idarə edir.
Maaş göstərilməyib
İT infrastrukturunun fasiləsiz fəaliyyətini təmin edən, Windows və Linux sistemlərini idarə edən mütəxəssis.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Şirkətin daxili IT infrastrukturunu idarə edir və Windows Server, şəbəkə bilikləri tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət


