Windows Server və Linux sistemlərinin idarə olunmasını və virtualizasiya platformalarında işləri həyata keçirir, 2-3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Namizədə verilən tələblər:
- Sistem inzibatçılığı sahəsində minimum 3 il praktiki iş təcrübəsi;
- Windows Server, Active Directory, Group Policy, DNS, DHCP və fayl xidmətlərinin gündəlik idarə olunması üzrə təcrübə;
- Microsoft 365 və Exchange Online xidmətlərinin inzibatçılığı, istifadəçi, lisenziya və qrup idarəetməsi üzrə praktiki bacarıqlar;
- Microsoft Entra ID-də istifadəçi, qrup, cihaz, MFA, autentifikasiya metodları və inzibati rolların idarə olunması üzrə təcrübə;
- Conditional Access nəticələrinin, sign-in loglarının və identifikasiya problemlərinin təhlili bacarığı;
- Entra Connect və ya Cloud Sync vasitəsilə lokal Active Directory ilə Entra ID sinxronizasiyası üzrə praktiki biliklər;
- Microsoft Intune-da cihaz qeydiyyatı, compliance və configuration siyasətləri, tətbiq təyinatları və cihaz əməliyyatlarının idarə olunması üzrə təcrübə;
- Windows Autopilot, Company Portal, Entra joined və Hybrid Entra joined cihazlarla iş bacarığı;
- VMware vSphere, Hyper-V, fiziki serverlər, storage və backup sistemlərinin gündəlik inzibatçılığı üzrə təcrübə;
- TCP/IP, VLAN, routing, VPN və firewall prinsipləri üzrə praktiki şəbəkə bilikləri;
- PowerShell vasitəsilə inzibati əməliyyatların, hesabatların və sadə avtomatlaşdırma işlərinin icrası təcrübəsi;
- On-premises, Microsoft 365 və hibrid (hybrid) mühitdə yaranan texniki problemlərin müstəqil şəkildə araşdırılması və həlli bacarığı;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı, texniki ingilis dilində sənədlərlə işləmək qabiliyyəti;
- Problemləri analiz etmə və operativ həll tapmaq bacarığı;
- Komanda ilə işləmək və işə məsuliyyətli yanaşmaq.
Üstünlük hesab edilən bacarıqlar:
- Exchange Server və Exchange Hybrid infrastrukturu ilə iş təcrübəsi;
- Intune Endpoint Security və Microsoft Defender for Endpoint üzrə biliklər;
- Microsoft Graph və PowerShell vasitəsilə avtomatlaşdırma təcrübəsi;
- Azure virtual maşınları, şəbəkə və monitorinq xidmətləri üzrə ilkin praktiki biliklər.
İş qrafiki: 5 günlük iş rejimi.
Əmək haqqı: Müsahibə zamanı müəyyən olunacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sistem administratoru üzrə bazar adətən 800–1 600 ₼ ödəyir, median — 1 450 ₼.
28 açıq vakansiya, 12 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sistem administratoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İş qrafiki həftədə 5 iş günüdür.
Sistem inzibatçılığı sahəsində minimum 3 il praktiki iş təcrübəsi tələb olunur.
Windows Server, Active Directory, Microsoft 365, PowerShell və şəbəkə bilikləri əsas bacarıqlardır.
Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində isə texniki səviyyədə işləməlidir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSistem administratoru üzrə Bakıda digər açıq elanlar.
Server infrastrukturunun idarə edilməsini və sistem inzibatçılığı tapşırıqlarının avtomatlaşdırılmasını həyata keçirir
Şəbəkə və təhlükəsizlik sistemlərinin inteqrasiyasını həyata keçirir, SQL və şəbəkə bilikləri tələb olunur.
IP kamera və təhlükəsizlik sistemlərini quraşdırır, server və şəbəkə avadanlıqlarını idarə edir, IT dəstək göstərir.


