IP kamera və təhlükəsizlik sistemlərini quraşdırır, server və şəbəkə avadanlıqlarını idarə edir, IT dəstək göstərir.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Server infrastrukturunun idarə edilməsi: Fiziki və virtual serverlərin (Windows Server/Linux) dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək;
- Active Directory və Domen infrastrukturu: AD DS, GPO, DNS, DHCP, WSUS, SCCM, IIS və FSMO rollarının idarə edilməsi, təhlükəsizlik siyasətlərinin (CIS Benchmarks) tətbiqi və auditi;
- Yedəkləmə və Bərpa (Backup & DR): Data yedəklənməsi strategiyasını (Veeam) həyata keçirmək, mütəmadi bərpa testləri aparmaq və fəlakətdən bərpa planlarını yeniləmək;
- Avtomatlaşdırma və Optimizasiya: Gündəlik təkrarlanan sistem inzibatçılığı tapşırıqlarının PowerShell/Bash/Python skriptləri ilə avtomatlaşdırılması;
- Sənədləşmə və İnventarizasiya: Server infrastruktur sxemlərinin, sistem rollarının və İT resurslarının uçotunun (Jira İTSM) daim aktual saxlanılması.
Tələblər:
- İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Sistem mühəndisliyi və ya əlaqədar ixtisaslar üzrə ali təhsil;
- MCSA / MCSE / Windows Server Hybrid Associate, VMware VCP / Proxmox VE, LPIC-1 və RHCSA üzrə sertifikatların olması üstünlük hesab olunur.
- Əməliyyat sistemləri: Windows Server 2022/2025 və Linux (Ubuntu, Debian, RedHat/CentOS) dərin bilikləri;
- İnfrastruktur xidmətləri: Active Directory (AD DS, DNS, DHCP, WSUS, SCCM, IIS, Failover Clustering) və Group Policy (GPO) üzrə dərin biliklər;
- Şəbəkə bilikləri: TCP/IP protokolları, LAN/Wi-Fi şəbəkələrinin qurulması, Switch və Router-lərin təməl səviyyədə sazlanması;
- Yedəkləmə və Monitorinq: Veeam Backup & Replication, Zabbix, Uptime Kuma, syslog platformaları ilə iş təcrübəsi;
- Avtomatlaşdırma və Skriptlər: PowerShell, Bash, Python vasitəsilə gündəlik sistem inzibatçılığı tapşırıqlarının avtomatlaşdırılması.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5 gün).
- İş saatları: 09:00-18:00.
- İş yeri: Bakı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sistem administratoru üzrə bazar adətən 800–1 600 ₼ ödəyir, median — 1 450 ₼.
28 açıq vakansiya, 12 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sistem administratoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki tam iş günü, 5 gün, saat 09:00-18:00-dır.
İş yeri Bakıdır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSistem administratoru üzrə Bakıda digər açıq elanlar.
Şirkətin daxili IT infrastrukturunu idarə edir və Windows Server, şəbəkə bilikləri tələb olunur
İT infrastrukturunun dəstəklənməsi və istifadəçilərə texniki yardım göstərmək üçün şəbəkə və əməliyyat sistemləri bilikləri tələb olunur.
Sistemlərin idarə olunmasını həyata keçirir, Windows Server və Microsoft 365 üzrə təcrübəsi olmalıdır.



