Sistem və şəbəkə infrastrukturunun idarə olunmasını və təhlükəsizliyini təmin edir, 3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
- Şirkətin baş ofisi, mağazaları və filialları üzrə sistem və şəbəkə infrastrukturunun fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək, texniki riskləri vaxtında aşkar etmək və İT xidmətlərinin daxili qaydalara uyğun şəkildə göstərilməsinə nəzarət etməkdir.
Vəzifə öhdəlikləri:
1. Sistem və server infrastrukturunun idarə edilməsi
- Korporativ şəbəkə və server infrastrukturunun sabit işini təşkil edir və idarə edir.
- Server və şəbəkə avadanlıqlarının monitorinqini aparır, dövri baxışını və yenilənməsini təmin edir.
- Performansın artırılması üçün şəbəkə və sistemləri monitorinq edir, zəruri dəyişiklikləri müəyyənləşdirir və rəhbərinə təklif edir.
2. Şəbəkə bağlantıları, internet və IP telefoniya
- Mağaza, ofis və serverlərdə internet kanalının sabit işini təşkil edir və idarə edir.
- Baş ofis və filiallar arasında şəbəkə bağlantılarının işlək vəziyyətdə olmasını təmin edir.
- IP telefon sisteminin idarə olunmasını həyata keçirir.
- Şəbəkə servisləri üzrə problemləri araşdırır, nasazlıqların aradan qaldırılması üçün texniki tədbirlər görür.
3. E-poçt, ehtiyat nüsxə və informasiya təhlükəsizliyi
- Korporativ elektron poçt sisteminin sabit işini təşkil edir və idarə edir.
- Ehtiyat nüsxələrinin çıxarılmasını və ehtiyac yarandıqda bərpa olunmasını təmin edir.
- Korporativ antivirus, antispam və digər təhlükəsizlik sistemlərinin monitorinqini və idarə olunmasını həyata keçirir.
- Korporativ şəbəkənin, serverlərin və son istifadəçi mühitinin kiberhücumlara qarşı dayanıqlılığının təmin olunmasına dəstək göstərir.
- Aşkar olunan informasiya təhlükəsizliyi riskləri, texniki zəifliklər və insident ehtimalları barədə IT Meneceri vaxtında məlumatlandırır.
4. Lisenziyalar, sertifikatlar və texniki xidmətlərin izlənilməsi
- Lisenziya, sertifikat və digər ödənişli proqram təminatları və xidmətlərin mövcudluğunu və yenilənmə müddətlərini izləyir.
- Zərurət yarandıqda texniki dəstək personalına köməklik göstərir.
5. SLA, texniki sorğular və hesabatlılıq
- Sorğuların SLA tələblərinə uyğun icrasına nəzarət edir, gecikmə və problem yarandıqda operativ tədbir görür.
- Texniki problemlər, risklər və açıq məsələlər barədə rəhbərliyi vaxtında məlumatlandırır və xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflər hazırlayır.
- IT Menecer tərəfindən verilən tapşırıqları icra edir, zəruri hesabatları hazırlayaraq təqdim edir.
- Görülmüş işlər və açıq texniki məsələlər üzrə məlumatların qeydiyyatını və izlənməsini təmin edir.
6. Daxili qaydalara uyğunluq
- Şirkətin İT siyasət, prosedur və qaydalarına uyğun xidmət göstərir.
- İnfrastruktur dəyişikliklərini təsdiq proseslərinə uyğun icra edir.
Məsuliyyət sahəsi:
- Sistem və şəbəkə inzibatçılığı
- Server və şəbəkə avadanlıqlarının monitorinqi və idarə olunması
- Korporativ e-poçt, backup və bərpa prosesləri
- İnformasiya təhlükəsizliyi
- IP telefoniya və filial şəbəkə bağlantılarının texniki dəstəyi
- SLA və xidmət keyfiyyətinə nəzarət
Requirements:
Professional biliklər:
- Server əməliyyat sistemləri, domen xidmətləri və korporativ server servisləri üzrə praktiki biliklər. (Bu tələb CV-də Windows/Linux server inzibatçılığı, Active Directory/domen mühitinin idarə olunması, korporativ e-poçt, DNS, RDS, SQL/database və/və ya oxşar server servisləri üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
- Virtualizasiya və storage infrastrukturu üzrə praktiki biliklər. (Bu tələb CV-də VMware ESX/ESXi/vCenter və ya oxşar virtualizasiya platformaları, SAN/NAS/DAS, iSCSI/FC və/və ya storage sistemlərinin idarə olunması üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
- Şəbəkə servisləri, routing/switching, VPN, VLAN və LAN/WAN infrastrukturu üzrə praktiki biliklər. (Bu tələb CV-də TCP/IP, DHCP/DNS, VLAN, VPN, routing/switching, firewall, Radius, load balancing və/və ya oxşar şəbəkə servislərinin idarə olunması üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
- Router, firewall, switch və wireless şəbəkə avadanlıqlarının konfiqurasiyası və idarə olunması üzrə praktiki təcrübə. (Bu tələb CV-də Cisco, HPE, Fortigate, Mikrotik, Aruba, Ubiquiti və ya oxşar şəbəkə avadanlıqları ilə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
- Backup və recovery sistemləri üzrə praktiki bilik və iş təcrübəsi. (Bu tələb CV-də ehtiyat nüsxələrin idarə olunması, bərpa prosesləri, Veeam, Acronis, Symantec, Norton və ya oxşar backup sistemləri üzrə təcrübə göstərildikdə qarşılanmış hesab edilir)
- Korporativ antivirus, antispam və informasiya təhlükəsizliyi monitorinqi üzrə baza praktiki biliklər. (Bu tələb CV-də endpoint security, antivirus/antispam sistemlərinin idarə olunması, təhlükəsizlik monitorinqi və/və ya texniki risklərin izlənilməsi üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
- IP telefoniya və IP-PBX sistemləri ilə iş təcrübəsi arzuolunandır.
- SLA, monitorinq, insident qeydiyyatı, ticketing sistemi və/və ya texniki xidmət idarəetməsi üzrə təcrübə arzuolunandır.
- MCSA, MCSE, CCNA, CCNP, VCP, CompTIA+ və ya oxşar sistem/şəbəkə üzrə peşəkar sertifikatlar arzuolunandır.
- İngilis dili biliyi: A2 və ya daha yüksək səviyyədə arzuolunandır.
Təhsil:
- İT, kompüter elmləri, şəbəkə, kibertəhlükəsizlik, telekommunikasiya və ya əlaqəli texniki sahə üzrə ali təhsil.
İş təcrübəsi:
- Sistem, şəbəkə və ya IT infrastrukturunun inzibatçılığı üzrə ən az 3 il iş təcrübəsi.
Professional bacarıq və kompetensiyalar:
- Analitik və alqoritmik düşüncə
- Məsuliyyət
- Ünsiyyət bacarıqları
- Zamanın idarə olunması
- Operativ qərarvermə və problem həll etmə bacarığı
- Prioritetləşdirmə və kritik texniki məsələləri düzgün eskalasiya etmə bacarığı
- Məxfilik və informasiya təhlükəsizliyi prinsiplərinə riayət etmə
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sistem administratoru üzrə bazar adətən 800–1 600 ₼ ödəyir, median — 1 450 ₼.
33 açıq vakansiya, 12 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sistem administratoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Sistem, şəbəkə və ya IT infrastrukturunun inzibatçılığı üzrə ən az 3 il iş təcrübəsi tələb olunur.
MCSA, MCSE, CCNA, CCNP, VCP, CompTIA+ və ya oxşar sertifikatlar arzuolunandır.
İngilis dili biliyi A2 və ya daha yüksək səviyyədə arzuolunandır.
Bu vakansiya üçün müraciət üsulu saytın yönləndirməsi ilə həyata keçirilir. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSistem administratoru üzrə Bakıda digər açıq elanlar.
IP kamera və təhlükəsizlik sistemlərini quraşdırır, server və şəbəkə avadanlıqlarını idarə edir, IT dəstək göstərir.
Sistemlərin idarə olunmasını həyata keçirir, Windows Server və Microsoft 365 üzrə təcrübəsi olmalıdır.
Windows Server və Linux sistemlərinin idarə olunmasını və virtualizasiya platformalarında işləri həyata keçirir, 2-3 il təcrübə tələb olunur.



