Sistemlərin idarə edilməsi üzrə aparıcı mütəxəssis

Bir

Vakansiya haqqında

Sistemlərin idarə edilməsi üzrə Aparıcı / Baş mütəxəssis olaraq, şirkətin İT infrastrukturunun etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyyətinin təmin edilməsində mühüm rol oynayacaqsınız. Vəzifə serverlərin, əməliyyat sistemlərinin və sistem xidmətlərinin idarə edilməsini, monitorinqini və optimallaşdırılmasını əhatə edir.

Vəzifə öhdəlikləri

  • Şirkətin serverlərinin, əməliyyat sistemlərinin və sistem proqram təminatının idarə edilməsi, monitorinqi və fasiləsiz fəaliyyətinin təmin olunması.
  • Potensial problemlərin vaxtında aşkarlanması və qarşısının alınması məqsədilə sistemlərin mütəmadi yoxlanılması.
  • Ehtiyat nüsxələmə (backup) sistemlərinin idarə edilməsi və məlumatların bərpası (recovery) prosesinin təmin edilməsi.
  • Əməliyyat sistemləri və proqram təminatı üzrə yeniləmələrin və təhlükəsizlik yamaqlarının tətbiqi.
  • Sistemlərin müasir texnologiyalara və təhlükəsizlik tələblərinə uyğun olaraq təkmilləşdirilməsi.
  • Sistemlərdə edilən dəyişikliklər, yaranan problemlər və tətbiq olunan həllər üzrə texniki sənədləşdirmənin aparılması.
  • Sistemlərin performansının izlənilməsi və müvafiq hesabatların hazırlanması.
  • Mövcud serverlərə texniki dəstəyin göstərilməsi, nasazlıqların araşdırılması və aradan qaldırılması (troubleshooting).
  • Microsoft Exchange poçt serverinin inzibatçılığının həyata keçirilməsi.
  • NAS və SAN yaddaş sistemlərinin idarə edilməsi.

Tələblər

  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi.
  • Windows Server və Linux əməliyyat sistemləri üzrə biliklər.
  • VMware, vCenter və Hyper-V virtuallaşdırma texnologiyaları ilə iş təcrübəsi.
  • TCP/IP, DNS, DHCP və VPN kimi şəbəkə protokolları və texnologiyaları üzrə biliklər.
  • Active Directory və Group Policy üzrə nəzəri və praktiki biliklər.
  • Ehtiyat nüsxələmə və məlumatların bərpası sistemləri ilə iş təcrübəsi.
  • Server və yaddaş (Storage) avadanlıqlarının idarə edilməsi və texniki xidməti üzrə təcrübə.
  • Microsoft Exchange poçt serverinin inzibatçılığı üzrə biliklər.
  • Son nöqtələrin təhlükəsizliyi (Endpoint Security), fəlakətdən bərpa infrastrukturu (Disaster Recovery Site - DR Site), funksional serverlər, proksi serverlər (Proxy), loqların aparılması və audit (Logging/Audit), eləcə də sorğuların idarə edilməsi sistemləri (Ticketing Systems) üzrə biliklər.
  • Serverlərin monitorinqi, yenilənməsi, ehtiyat nüsxələnməsi və nasazlıqların aradan qaldırılması üzrə praktiki təcrübə.
  • İnformasiya təhlükəsizliyi standartları və şəbəkə müdafiəsi texnologiyaları haqqında anlayış.

Üstünlüklər

  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi kredit

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Azərbaycan
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 oktyabr 2026
Son tarix
25 oktyabr 2026
HRX ilə müraciət
3
Baxış
155

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Sistem administratoru üzrə bazar adətən 800–1 600 ₼ ödəyir, median — 1 450 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

33 açıq vakansiya, 12 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Sistem administratoru kimi öz maaşını yoxla

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Baku
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri barədə məlumat verilməyib.

İş saatları və günləri barədə məlumat verilməyib.

Rəqabətli əmək haqqı və bonuslar təklif olunur.

Ən azı 3 il iş təcrübəsi tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Sistem administratoru üzrə digər açıq elanlar.

VLand Systems MMC
Senior · 5+ ilSumqayıt
Maaş göstərilməyib

Windows və Linux server infrastrukturunu idarə edir, minimum 5 il təcrübəsi tələb olunur.

Group PolicyMicrosoft TeamsClusteringVeeam Backup & Replication+23
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Zəfər-contakt
Middle · 1–3 ilBakı
500–1 000₼

IP kamera və təhlükəsizlik sistemlərini quraşdırır, server və şəbəkə avadanlıqlarını idarə edir, IT dəstək göstərir.

Switch ConfigurationRouter ConfigurationOracle LinuxSecurity System Installation+17
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Sistemlərin idarə edilməsi üzrə aparıcı mütəxəssis
Müraciət et