İT sistemlərinin idarə olunması və texniki problemlərin həlli üzrə 2-3 il təcrübəli mütəxişs.
Vakansiya haqqında
System Engineer
18.09.2026Əsas vəzifə öhdəlikləri
- Sistem inzibatçılığı və dəstək: VMware vSphere klasterləri, Windows Server və Linux serverləri daxil olmaqla şirkətin lokal (on-premise) infrastrukturunun idarə edilməsi, monitorinqi və texniki xidmətinin həyata keçirilməsi.
- Əsas xidmətlərin idarə edilməsi: Microsoft Active Directory, MS Exchange və HAProxy kimi kritik xidmətlərin idarə edilməsi və yüksək əlçatanlığının təmin olunması.
- Məlumatların qorunması: Veeam Backup & Replication vasitəsilə ehtiyat nüsxələmə və məlumatların bərpası proseslərinin idarə edilməsi və nəzarətdə saxlanılması.
- Bulud miqrasiyası: Lokal virtual maşınların və tətbiqlərin “lift-and-shift” üsulu ilə bulud mühitinə miqrasiyasında aktiv iştirak.
- Tətbiq və əməkdaşlıq alətləri: Jira, Confluence, həmçinin lokal Bitrix24 və ya Creatio CRM kimi korporativ sistemlərin idarə edilməsi və dəstəklənməsi, məlumatların miqrasiyası və istifadəçi administrasiyası işlərinin həyata keçirilməsi.
- Sənədləşdirmə: İdarə olunan sistemlər, konfiqurasiyalar və əməliyyat prosedurları üzrə ətraflı texniki sənədlərin hazırlanması və aktual saxlanılması.
- Problemlərin aradan qaldırılması: Mürəkkəb infrastruktur problemlərinin araşdırılması, operativ həlli və əsas səbəblərinin təhlili (Root Cause Analysis).
- İT layihələri: Bitrix24/Creatio inteqrasiyası, virtual maşınların miqrasiyası, lokal infrastrukturdan bulud mühitinə və əks istiqamətdə miqrasiya kimi İT layihələrinə rəhbərlik edilməsi.
Namizədə tələblər
- System Engineer vəzifəsində 5 ildən artıq iş təcrübəsi.
- VMware vSphere virtualizasiya texnologiyaları üzrə, o cümlədən quraşdırma, konfiqurasiya və problemlərin aradan qaldırılması sahəsində yüksək səviyyəli bilik və təcrübə.
- Windows Server administrasiyası, o cümlədən Active Directory, GPO, DNS və DHCP üzrə dərin biliklər.
- Linux (Ubuntu) sistemlərinin administrasiyası üzrə yüksək səviyyəli biliklər.
- MS Exchange mühitlərinin idarə edilməsi üzrə praktiki təcrübə.
- Veeam başda olmaqla ehtiyat nüsxələmə və fəlakətdən sonra bərpa (Disaster Recovery) həlləri ilə praktiki iş təcrübəsi.
- TCP/IP, firewall və yük balanslaşdırılması daxil olmaqla şəbəkə texnologiyaları üzrə yaxşı biliklər; HAProxy təcrübəsi üstünlükdür.
- Atlassian alətlərinin (Jira/Confluence) və/və ya Bitrix24 kimi CRM/ERP sistemlərinin administrasiyası üzrə təcrübə.
- Güclü problem həll etmə bacarığı və gərgin iş şəraitində effektiv işləmək qabiliyyəti.
- Proseslərin sənədləşdirilməsi və standartlaşdırılmasına məsuliyyətli yanaşma.
- Dil bilikləri: Azərbaycan dili — sərbəst, İngilis dili — B2, Rus dili — C1.
Üstünlükdür
- Avtomatlaşdırma üçün skriptlərin hazırlanması bacarığı (PowerShell, Bash, Python və s.).
- Terraform və ya Ansible kimi Infrastructure as Code (IaC) alətləri ilə iş təcrübəsi.
Müraciət etmək üçün linkə keçid edin!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sistem administratoru üzrə bazar adətən 1 400–1 800 ₼ ödəyir, median — 1 500 ₼.
26 açıq vakansiya, 15 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sistem administratoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Etibarlılığın, sabitliyin və biznesdə şəffaflığın bir nümunəsi olaraq “Atəşgah” Sığorta şirkəti artıq 30 ildir ki, müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməklə müştərilərin və tərəfdaşların etibarını və hörmətini qazanmışdır.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSistem administratoru üzrə Bakıda digər açıq elanlar.
İnfrastruktur sistemlərini idarə edir, Linux və Windows serverlərdə təcrübəsi olan orta səviyyəli mütəxəssis tələb olunur
Windows Server və Linux sistemlərinin idarə olunmasını və virtualizasiya platformalarında iş təcrübəsi tələb olunur




