Bankda informasiya təhlükəsizliyi idarəetmə sistemini inkişaf etdirmək və riskləri idarə etmək tələb olunur
Vakansiya haqqında
Əsas vəzifələr
- Təşkilatın tətbiq təhlükəsizliyi və nüfuzetmə testləri üzrə strategiyasını, siyasətlərini, standartlarını və prosedurlarını hazırlamaq, tətbiq etmək və davamlı olaraq təkmilləşdirmək.
- Təhlükəsiz proqram təminatının hazırlanması həyat dövrünü (SSDLC) formalaşdırmaq və idarə etmək, proqram təminatının hazırlanmasının bütün mərhələlərinə təhlükəsizlik nəzarətlərini inteqrasiya etmək.
- OWASP SAMM və digər tanınmış çərçivələr əsasında tətbiq təhlükəsizliyinin yetkinlik səviyyəsinin qiymətləndirilməsinə və təkmilləşdirilməsi üzrə təşəbbüslərə rəhbərlik etmək.
- Tətbiqlərin təhlükəsizlik arxitekturasının təhlilinə, təhdid modelləşdirilməsinə (Threat Modeling), mənbə kodunun təhlükəsizlik baxımından yoxlanılmasına və təhlükəsizlik tələblərinin qiymətləndirilməsinə nəzarət etmək.
- Veb tətbiqlərin, API-lərin, mobil tətbiqlərin, şəbəkə infrastrukturunun və digər müvafiq sistemlərin təhlükəsizlik qiymətləndirilməsini və nüfuzetmə testlərini idarə etmək.
- Risk əsaslı nüfuzetmə testləri planlarını, metodologiyalarını, test qrafiklərini və hesabat standartlarını hazırlamaq və aktuallığını təmin etmək.
- Statik tətbiq təhlükəsizliyi testi (SAST), dinamik tətbiq təhlükəsizliyi testi (DAST), proqram komponentlərinin analizi (SCA), məxfi məlumatların aşkarlanması (Secret Scanning), konteyner təhlükəsizliyi və infrastrukturun kod şəklində idarə olunması (IaC) üzrə təhlükəsizlik yoxlamalarının tətbiqinə və icrasına nəzarət etmək.
- DevSecOps təhlükəsizlik təcrübələrini, avtomatlaşdırılmış təhlükəsizlik yoxlama mexanizmlərini (Security Gates) və CI/CD proseslərində təhlükəsizlik nəzarətlərini formalaşdırmaq və tətbiqini təmin etmək.
- Tətbiqlərdə təhlükəsizlik zəifliklərinin aşkarlanmasını, təsdiqlənməsini, risk səviyyəsinə görə prioritetləşdirilməsini, izlənilməsini və müəyyən edilmiş müddətlərdə aradan qaldırılmasını təmin etmək.
- Tətbiqlərin autentifikasiyası, avtorizasiyası, API təhlükəsizliyi, məlumatların qorunması və proqram təminatının təchizat zəncirinin təhlükəsizliyi üzrə tələbləri müəyyən etmək və aktuallığını təmin etmək.
- Tətbiq təhlükəsizliyi və nüfuzetmə testləri üzrə həllərin qiymətləndirilməsinə, tətbiqinə, inteqrasiyasına və optimallaşdırılmasına nəzarət etmək.
- Təhlükəsizlik risklərinin aradan qaldırılması, effektiv əməkdaşlığın təmin edilməsi və tətbiq təhlükəsizliyi təcrübələrinin davamlı təkmilləşdirilməsi məqsədilə müvafiq maraqlı tərəflərlə koordinasiyanı həyata keçirmək.
- Tətbiq təhlükəsizliyi üzrə metrikaları, əsas fəaliyyət göstəricilərini (KPI), risk hesabatlarını və rəhbərlik üçün təkmilləşdirmə təkliflərini hazırlamaq və aktuallığını təmin etmək.
- Şöbə əməkdaşlarına rəhbərlik etmək, onların peşəkar inkişafını dəstəkləmək, fəaliyyət göstəricilərini müəyyən etmək və iş nəticələrini qiymətləndirmək.
- Yeni kibertəhlükələri, təhlükəsizlik zəifliklərini və hücum texnikalarını izləmək, tətbiq təhlükəsizliyi və nüfuzetmə testləri imkanlarını davamlı olaraq təkmilləşdirmək.
Tələblər
- Kompüter elmləri, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, informasiya texnologiyaları və ya əlaqəli ixtisas üzrə ali təhsil.
- Kibertəhlükəsizlik sahəsində, o cümlədən tətbiq təhlükəsizliyi, nüfuzetmə testləri və ya DevSecOps istiqamətlərində minimum 5 il iş təcrübəsi.
- OWASP Top 10, OWASP API Security Top 10, OWASP ASVS, OWASP SAMM və təhlükəsiz proqram təminatının hazırlanması prinsipləri üzrə güclü biliklər.
- OWASP WSTG, PTES və digər tanınmış təhlükəsizlik test metodologiyaları haqqında dərin biliklər.
- Burp Suite, Nmap, Metasploit və digər müvafiq təhlükəsizlik qiymətləndirmə alətləri ilə praktiki iş təcrübəsi.
- Təhlükəsiz proqram təminatı arxitekturası, təhdid modelləşdirilməsi (Threat Modeling), təhlükəsiz kodlaşdırma təcrübələri və tətbiq təhlükəsizliyinin layihələndirilməsi prinsipləri üzrə güclü biliklər.
- SAST, DAST, SCA, Secret Scanning, konteyner təhlükəsizliyi və IaC təhlükəsizlik yoxlamaları daxil olmaqla təhlükəsizlik test həllərinin tətbiqi və ya idarə olunması üzrə təcrübə.
- DevSecOps təcrübələri, CI/CD təhlükəsizliyi, Git əsaslı proqram təminatının hazırlanması prosesləri və proqram təminatının təchizat zəncirinin təhlükəsizliyi üzrə yaxşı biliklər.
- Docker, Kubernetes, Linux, Windows, şəbəkə protokolları, verilənlər bazaları və müasir tətbiq arxitekturaları üzrə güclü texniki biliklər.
- Python, Java, JavaScript və ya C# kimi proqramlaşdırma dillərindən ən azı biri üzrə praktiki biliklər.
- Təhlükəsizlik zəifliklərinin idarə edilməsi, risk əsaslı prioritetləşdirmə, zəifliklərin aradan qaldırılması prosesinin izlənilməsi və təhlükəsizlik hesabatlarının hazırlanması üzrə təcrübə.
- Güclü liderlik, analitik düşünmə, kommunikasiya, maraqlı tərəflərlə əməkdaşlıq və qərarvermə bacarıqları.
- OSCP, OSWE, CISSP, CSSLP, CISM və ya ekvivalent beynəlxalq peşəkar sertifikatların olması üstünlük hesab edilir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Minimum 5 il kibertəhlükəsizlik sahəsində iş təcrübəsi tələb olunur.
Kompüter elmləri, informasiya təhlükəsizliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçMüraciət üçün son tarix 25 dekabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTətbiq təhlükəsizliyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Tətbiqi proqramların təhlükəsizliyini təmin edir, nüfuzetmə testləri aparır və SSDLC bilikləri tələb olunur.
İnformasiya təhlükəsizliyi insidentlərini aşkarlamaq və qarşısını almaq üçün təhlükəsizlik sistemlərini idarə etmək tələb olunur
Sistem infrastrukturu üzrə inzibatçılıq edir və minimum 3 il təcrübə tələb olunur



