Vakansiya haqqında

İş yeri: Bakı

İş rejimi: Tam ştat

Təcrübə: Minimum 1,5–2 il

Proxima Cyber veb tətbiqlər, API-lər və mobil tətbiqlər üzrə təhlükəsizlik yoxlamaları aparmaq üçün Application Security Pentester axtarır.

Vəzifə öhdəlikləri

  • Veb tətbiqlər, API-lər və mobil tətbiqlər üzrə penetrasiya testləri aparmaq;
  • Autentifikasiya, avtorizasiya, sessiya idarəetməsi və biznes məntiqi ilə bağlı zəiflikləri yoxlamaq;
  • Android və iOS tətbiqlərinin təhlükəsizliyini, o cümlədən məlumatların saxlanmasını, şəbəkə əlaqəsini və API ilə qarşılıqlı əlaqəsini qiymətləndirmək;
  • Zərurət olduqda mənbə kodunu və tətbiqin işləmə axınını təhlil etmək;
  • Aşkar edilmiş zəiflikləri manual təsdiqləmək, risk və təsirini qiymətləndirmək;
  • Sübutlar, təkrarlama addımları və aradan qaldırma tövsiyələri ilə texniki hesabat hazırlamaq;
  • Düzəlişlərdən sonra retest aparmaq və nəticələri müştərinin texniki komandası ilə müzakirə etmək.

Tələblər

  • Penetrasiya testi və ya tətbiq təhlükəsizliyi üzrə minimum 1,5–2 il praktik təcrübə;
  • Veb tətbiq və API testlərini Burp Suite ilə manual aparmaq bacarığı;
  • Android və ya iOS platformalarından ən azı birində praktik təhlükəsizlik testi təcrübəsi, digər platforma üzrə əsas bilik;
  • Kotlin, Java, C# və ya Swift dillərindən ən azı birində kodu oxumaq və tətbiqin işləmə məntiqini anlamaq bacarığı;
  • OWASP Top 10 və OWASP API Security Top 10 üzrə bilik;
  • OWASP Mobile Top 10, MASVS və MASTG ilə tanışlıq;
  • Zəiflikləri aydın sübutlar və praktik aradan qaldırma tövsiyələri ilə hesabatlaşdırmaq bacarığı;
  • Azərbaycan dilində yazılı və şifahi ünsiyyət, ingilis dilində texniki sənədlərlə işləmək bacarığı.

Üstünlük hesab olunur

  • OSWA, OSWE, eWPTX, Burp Suite Certified Practitioner (BSCP), HTB CWES/CWEE və ya eMAPT sertifikatlarından biri;
  • Həm Android, həm də iOS tətbiqlərinin təhlükəsizlik testi üzrə təcrübə;
  • Frida, JADX, Ghidra və digər mobil tətbiq təhlili alətləri ilə iş təcrübəsi;
  • Mənbə kodunun təhlükəsizlik təhlili, test skriptlərinin hazırlanması və ya DevSecOps proseslərində iştirak;
  • Bank və korporativ müştərilərin layihələrində iş təcrübəsi.

Müraciət qaydası: CV-nizi [email protected] ünvanına göndərin. Məktubun mövzu hissəsində “Application Security Pentester” qeyd edin.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
28 sentyabr 2026
Dillər
Azerbaijani, English
HRX ilə müraciət
2
Baxış
16

Şirkət haqqında

Proxima Tech Solutions
Technology, Information and Internet · 51-200 · Bakı
Proxima Tech Solutions — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərində, Bakı İqtisadi Zonasında yerləşir.

İş tam ştat rejimindədir.

Minimum 1,5-2 il təcrübə tələb olunur.

CV-nizi [email protected] ünvanına göndərin. Məktubun mövzu hissəsində “Application Security Pentester” qeyd edin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Tətbiq təhlükəsizliyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Kapital Bank
Middle · 2–4 ilBakı
Maaş göstərilməyib

Veb, mobil və şəbəkə mühitlərində penetrasiya testləri aparır, təhlükəsizlik bilikləri tələb olunur.

Penetration TestingBurp SuiteOWASP ZAPNmap+15
Müraciət et
Prior BOKT
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

İnformasiya təhlükəsizliyi üzrə siyasət və risklərin idarə edilməsində iştirak edir, ən azı 3 il təcrübə tələb olunur.

Compliance ManagementFirewall ManagementInformation Security ManagementRisk Assessment+12
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Zəfər-contakt
Middle · 1–3 ilBakı
500–1 000₼

IP kamera və təhlükəsizlik sistemlərini quraşdırır, server və şəbəkə avadanlıqlarını idarə edir, IT dəstək göstərir.

Switch ConfigurationRouter ConfigurationLinuxSecurity System Installation+15
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
SOCAR Tech
Senior · 3+ ilBakı
Maaş göstərilməyib4 gün qalıb

Daxili və xarici infrastrukturun penetrasiya testlərini aparır, ən azı 3 il təcrübəsi tələb olunur.

Penetration TestingRisk AnalysisProject ManagementMentoring+14
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Tətbiq təhlükəsizliyi pentesteri (Veb, API və Mobil)
Müraciət et