Nəqliyyat şöbəsinin fəaliyyətini idarə edir və avtoparkın texniki xidmətini təşkil edir.
Vakansiya haqqında
Müəssisə: Qəbələ Konserv Zavodu MMC
İş yeri: Qəbələ şəhəri
İşin təsviri:
- Zavodda mövcud olan bütün maşın, avadanlıq, dəzgah və qurğuların texniki pasportlarının və ehtiyat hissələrinin uçotunu və təminatını həyata keçirmək;
- Xaricdən satın alınan avadanlıq və ehtiyat hissələrinin qəbul, yoxlama və texniki uyğunluq proseslərində iştirak etmək;Avadanlıqların istismar müddətlərini nəzərə alaraq ehtiyat hissələr üçün minimum anbar qalıqlarını müəyyən etmək, stok səviyyələrinə nəzarət etmək və zərurət yarandıqda sifarişlərin verilməsini təmin etmək;
- Zavod üçün alınan dizel yanacağının keyfiyyətinə və qəbul prosesinin düzgün aparılmasına nəzarət etmək;
- Müəssisənin texniki siyasətinin formalaşdırılmasında iştirak etmək, texniki inkişaf, modernizasiya və rekonstruksiya istiqamətlərini müəyyənləşdirmək;İstehsal prosesinin texniki hazırlıq səviyyəsini yüksəltmək, məhsul keyfiyyətinin və etibarlılığının artırılması, maliyyə, material və əmək itkilərinin azaldılması istiqamətində tədbirlər həyata keçirmək;
- İstehsal fondlarının və resursların səmərəli istifadəsini təmin etmək, yeni texnologiyaların tətbiqi, texniki-təşkilati tədbirlər, elmi-tədqiqat və rekonstruksiya layihələrinin hazırlanması və icrasına rəhbərlik etmək;
- Elmi-texniki yeniliklərin, sınaqların və təkmilləşdirmə təşəbbüslərinin istehsalatda tətbiqini təşkil etmək, işçilərin innovativ təşəbbüslərini dəstəkləmək;
- İstehsal olunan məhsulların təhlükəsizliyinə nəzarət etmək və bu sahədə müəyyən edilmiş tələblərin yerinə yetirilməsinə görə məsuliyyət daşımaq.
Tələblər:
- Təhsil – Ali təhsil
- Texniki və ya istehsalat sahəsində minimum 13-15 il, rəhbər vəzifədə isə minimum 5 il iş təcrübəsi
- Azərbaycan dilini səlis bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür
- MS Office proqramları və 1C ERP sistemləri ilə işləmək bacarığı;
- Sahə üzrə beynəlxalq standartlar və yerli qanunvericilik tələbləri barədə biliklər
- Güclü analitik düşünmə və strateji planlaşdırma bacarığı
- Komandanın effektiv idarə edilməsi və liderlik bacarıqları
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş saatları: 09:00 – 18:00;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Texniki şöbənin rəhbəri - QKZ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Yerləşmə
Qəbələ
Təcrübə
13–15 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
9 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
9 oktyabr 2026
Şirkət haqqında
Novex Group
Food and Beverage Manufacturing · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Tikinti layihələrinin icrasını planlaşdırır, keyfiyyətə nəzarət edir və 3 ildən çox təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
700₼
Geyimlərin keyfiyyətinə nəzarət edir və quru təmizləmə texnologiyalarını tətbiq edir.
Quality ControlTeamworkSanitation ComplianceSafety Compliance
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Tikinti layihələrinin planlaşdırılması, koordinasiyası və icrasına texniki dəstək göstərir, inşaat mühəndisliyi üzrə təhsil tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət


