Tikinti layihələrinin texniki və təşkilati icrasına nəzarət edir, 15 ildən çox təcrübə tələb olunur.
Vakansiya haqqında
Hazırda şirkətimizə Layihə İnşaat Mühəndisi tələb olunur.
Vəzifənin məqsədi:
- Bu vəzifə zavod ərazisində həyata keçirilən tikinti layihələri ilə yanaşı, şirkətin strateji layihələrinin icra olunduğu ərazilərdə də inşaat işlərinin planlaşdırılması, koordinasiyası və icrasına texniki dəstək göstərilməsini nəzərdə tutur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
- İnşaat mühəndisliyi üzrə ali təhsil;
- Müvafiq sahədə 2–3 il iş təcrübəsi;
- Sənaye və ya tikinti layihələrində iş təcrübəsi üstünlükdür;
- Tikinti çertyojlarını və texniki sənədləri oxumaq və təhlil etmək bacarığı;
- AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
- Tikinti norma və standartları üzrə biliklər;
- Analitik düşünmə, problem həll etmə və koordinasiya bacarıqları;
- Yaxşı səviyyədə İngilis dili biliyi.
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Zavod ərazisində və strateji layihələrin icra olunduğu ərazilərdə həyata keçirilən tikinti, rekonstruksiya, modernizasiya və infrastruktur layihələrinin icrasında iştirak etmək;
- Tikinti işlərinin təsdiq edilmiş layihə sənədlərinə, çertyojlara, texniki spesifikasiyalara, standartlara və iş qrafikinə uyğun icrasına nəzarət etmək;
- Dəmir-beton və metal konstruksiyalar, avadanlıq fundamentləri, sənaye binaları, yollar və digər infrastruktur işlərinin icrasına nəzarət etmək;
- Tikinti sahəsində görülən işlərin keyfiyyətini, həcmini və icra vəziyyətini yoxlamaq;
- Podratçı və subpodratçıların fəaliyyətini koordinasiya etmək və görülən işlərin layihə tələblərinə uyğunluğunu təmin etmək;
- Tikinti və konstruksiya çertyojlarını, texniki sənədləri, spesifikasiyaları və iş həcmlərini nəzərdən keçirmək;
- Layihə sənədləri ilə faktiki sahə şəraiti arasında yaranan uyğunsuzluqları müəyyən etmək və texniki həllərin hazırlanmasında iştirak etmək;
- Tikinti materiallarının və görülmüş işlərin tələb olunan keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq;
- Görülmüş işlərin həcmlərinin ölçülməsi və podratçılar tərəfindən təqdim edilən iş həcmlərinin yoxlanılmasında iştirak etmək;
- Layihələrin müəyyən edilmiş müddət və büdcə çərçivəsində tamamlanmasına dəstək göstərmək;
- Mexanika, elektrik, istehsalat və digər aidiyyəti texniki komandalarla layihə işlərini koordinasiya etmək;
- Layihələrin gedişatı, görülmüş işlər, gecikmələr, risklər və açıq məsələlər üzrə hesabatlar hazırlamaq;
- Tikinti işləri zamanı əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühit tələblərinə riayət olunmasına nəzarət etmək.
Biz nə təklif edirik:
- Könüllü tibbi sığorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Şirkət haqqında
İstehsal gücü gündə 6500 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.
Norm OJSC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Tikinti layihələrinin icrasını planlaşdırır, keyfiyyətə nəzarət edir və 3 ildən çox təcrübə tələb olunur.
Beton prekast istehsalatında planlama, hesabat və keyfiyyətə nəzarət işlərini aparır.
Tikinti sahəsində işlərin təşkilini və icrasını təmin edir, 5 il təcrübə tələb olunur.



