Vakansiya haqqında

Ineo Group Azərbaycanda Jacadi Paris, Yves Rocher və Mayoral kimi Avropa brendlərinin rəsmi və eksklüziv nümayəndəsidir.

Hazırda şirkətimizdə 1C sisteminin effektiv idarə olunması, uçot və əməliyyat proseslərinin düzgün qurulması, məlumatların dəqiqliyinin təmin edilməsi və sistem üzrə yaranan problemlərin operativ həlli üçün 1C operator vəzifəsi üzrə namizəd axtarırıq.

Əsas vəzifələr:

  • Helpdesk dəstəyi — mağaza işçilərinin texniki müraciətlərini qəbul edib həll etmək; satış, transfer və sənəd problemlərini operativ aradan qaldırmaq
  • 1C sistem idarəetməsi — nomenklatura yaratmaq/korreksiya etmək, alış/pərakəndə qiymətlər ilə işləmək, aksiyalar qurmaq, inventarizasiyanı faktiki stoka uyğunlaşdırmaq
  • Sənəd əməliyyatları — sifariş, gəliş, invoys, sənəd yenidənkeçirmə (перепроведение); komplektləşdirmə və dekomplektləşdirmə ilə işləmək
  • İstifadəçi idarəetməsi — yeni istifadəçi yaratmaq, rol və hüquqları paylamaq, parametrləri konfiqurasiya etmək; məlumat müdafiəsini (hüquqlar, xarici müdaxilənin kontrolu) təmin etmək
  • Loyallıq kartı proqramı — kart proqramını idarə etmək, problemləri həll etmək, sistemin funksionallığını inkişaf etdirmək
  • Hesabat və analitika — universal hesabat qurmaq, hesabat formalarını konfiqurasiya etmək, analitik baxışlar hazırlamaq, icra edilmiş işlər üzrə hesabat təqdim etmək
  • Test və inkişaf — yeni funksionalı test etmək, xətaları aşkar edib düzəltmək, istifadəçilər üçün təlimat hazırlamaq və konsultasiya keçirmək

Namizəd üçün tələblər

  • Təcrübə: texniki dəstək, IT helpdesk və ya sistem administratoru sahəsində ən azı 1 il iş təcrübəsi
  • 1C bilikləri: 1C:Pərakəndə, 1C:Mühasibat platformasını bilmək; nomenklatura, qiymətlər, istifadəçi hüquqları, inventarizasiya ilə iş bacarığı
  • Excel: orta-yüksək səviyyə — pivot cədvəl, VLOOKUP/XLOOKUP, filtr, hesabat hazırlamaq
  • Texniki düşüncə: problemi addım-addım analiz etmək, kök səbəbini tapmaq, sistematik həll tətbiq etmək bacarığı
  • Kommunikasiya: Azərbaycan və Rus dillərini sərbəst bilmək; texniki məsələləri sadə dillə izah etmək bacarığı
  • Stressə davamlılıq: çoxlu müraciəti eyni vaxtda idarə etmək, prioritetləşdirmək, operativ cavab vermək
  • Üstünlük sayılır: retail/pərakəndə sahəsindəki iş təcrübəsi, texniki tapşırıq (TZ) yazma bacarığı, İngilis dili

Biz nə təklif edirik

  • Stabil və inkişaf etməkdə olan şirkətdə çalışma imkanı
  • Beynəlxalq brendlərlə iş təcrübəsi
  • Karyera inkişafı və öyrənmə imkanları
  • 1C və retail prosesləri üzrə praktiki inkişaf imkanı
  • Dinamik və maraqlı iş mühiti
  • Yeni ideya və təşəbbüslərə açıq idarəetmə yanaşması

İş şəraiti

  • İş qrafiki: 6/1, növbəli iş qrafiki, 09:00-dan 16:00-dək, 16:00-dan 22:00-dək
  • Əmək haqqı: 600 AZN.

Maraqlanan namizədlərdən mövzu sətrində “1C operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri tələb olunur.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
600 ₼
Yerləşdirilib
20 oktyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
20 noyabr 2026
Baxış
17

Maaş bazarla müqayisədə

1C operatoru üzrə bazar adətən 550–800 ₼ ödəyir, median — 600 ₼.

bu vakansiya · 600 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

12 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

1C operatoru kimi öz maaşını yoxla

Şirkət haqqında

Ineo Group
Topdansatış və pərakəndə ticarət, İxtisaslaşmış pərakəndə ticarət · Bakı
Ineo Group — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş qrafiki 6/1, növbəli, 09:00-16:00 və 16:00-22:00 saatlarıdır.

Əmək haqqı 600 ₼ təşkil edir.

İş yeri Bakı şəhərindədir.

Namizədin ən azı 1 il iş təcrübəsi olmalıdır.

Namizədlər mövzu sətrində “1C operator” qeyd etməklə CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

1C operatoru üzrə Bakıda digər açıq elanlar.

PİVOVAR
Yeni başlayan · 1–3 ilBakı
500–600₼

1C proqramında işləyir və ofis daxili işləri icra edir, ali təhsil və 1-3 il təcrübə tələb olunur

1C
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Baku Aqro AZ
Mütəxəssis · 2+ ilBakı
Maaş göstərilməyib6 gün qalıb

1C proqramında kənd təsərrüfatı məhsullarının uçotu və hesabatların hazırlanmasını həyata keçirir

1CAccountingInventory ManagementReport Preparation+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
450–600₼

Köhnə avtomobil bazarında 1C proqramı və ilkin mühasibat bilikləri ilə məlumatları daxil edir.

1CMicrosoft ExcelBasic accountingData Entry
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
600 ₼
1C operatoru
Müraciət et