Vakansiya haqqında

Komandamıza Rəhbər Köməkçisi axtarırıq. Bu, sadəcə təqvim aparan deyil, işi başlanğıcından nəticəsinə qədər izləyən bir mövqedir — gündəlik ritmi yüksək, qərarların sürətlə verildiyi, şirkətin ən geniş şəbəkəsinə sahib rollardan biri.

Nə edəcəksiniz

Vaxt və təqvim

  • Rəhbərin gündəlik, həftəlik və aylıq təqvimini aparmaq; görüş, zəng və tədbirləri prioritetlərə uyğun planlaşdırmaq, təsdiqləmək və yenidən təyin etmək; vacib tarixləri və son müddətləri vaxtında xatırlatmaq.

Tapşırıqların icra nəzarəti (bu rolun mərkəzi hissəsidir)

  • Şöbə rəhbərlərinə və əməkdaşlara verilən tapşırıqları vahid siyahıda aparmaq, icra müddətlərinə nəzarət etmək, gecikən və gözləmədə olan işlər barədə müntəzəm məlumat vermək.

Görüşlər

  • Daxili və xarici görüşləri (şirkətlər, dövlət qurumları, banklar, tərəfdaşlar) təşkil etmək; gündəlik və sənədləri hazırlamaq, iştirakçılar haqqında qısa brifinq vermək; protokol aparmaq, nəticələri konkret tapşırıqlara çevirmək və follow-up etmək.

Yazışma və sənəd dövriyyəsi

  • Rəhbər adından rəsmi məktublar və cavablar hazırlamaq (AZ / RU / EN); imzaya təqdim olunan sənədləri hazırlamaq və yoxlamaq; müqavilə və razılaşmaların arxivini nizamlı saxlamaq; məxfi sənədlərlə məxfilik qaydalarına uyğun işləmək.

Təqdimat və hesabatlar

  • Təqdimatlar, brifinq vərəqləri və hesabatlar hazırlamaq; şöbələrdən məlumat toplayaraq həftəlik və aylıq xülasələr tərtib etmək.

İnzibati dəstək

  • Səfərləri (bilet, otel, viza, proqram) planlaşdırmaq və xərcləri qeydə almaq; iclaslar və korporativ tədbirlərin təşkilində iştirak etmək; tərəfdaş və müştərilərin əlaqə bazasını aktual saxlamaq.

Sizdən gözləntilərimiz

  • Ali təhsil (biznes, filologiya, beynəlxalq münasibətlər üstünlükdür)
  • Rəhbər köməkçisi vəzifəsində ən azı 2–3 il təcrübə
  • Azərbaycan dili — mükəmməl; rus və ingilis dilləri — işgüzar yazışma apara biləcək səviyyədə (B2–C1)
  • MS Office (Word, Excel, PowerPoint), Outlook və ya Google Workspace, Zoom/Teams üzrə inamlı istifadə
  • AI alətlərindən gündəlik işdə istifadə bacarığı — mətn hazırlama, tərcümə, görüş qeydlərinin transkripsiyası və xülasələnməsi üçün (ChatGPT, Claude, Copilot və bənzərləri)
  • Eyni anda bir neçə işi idarə etmək, prioritetləşdirmək və işi sona çatdırmaq vərdişi
  • Məxfiliyə sadiqlik, təşəbbüskarlıq, səliqəlilik, təzyiq altında sakit işləmək bacarığı

Üstünlük sayılır

  • Texnologiya və ya konsaltinq sektorunda təcrübə
  • Tapşırıq izləmə alətləri ilə iş təcrübəsi (Odoo, Jira, Asana, Notion, Trello və s.)
  • Beynəlxalq səfər və protokol təcrübəsi

Təklif edirik

  • Şirkətin idarəetmə mərkəzində işləmə imkanı
  • Regional miqyasda layihələrə (Azərbaycan, BƏƏ, Özbəkistan) birbaşa cəlb olunma
  • AI alətlərini gündəlik işində real istifadə edən müasir komanda
  • Rəqabətli əməkhaqqı və rəsmi əmək müqaviləsi

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Nasimi Raion
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 noyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
2 dekabr 2026
Baxış
30

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. İcraçı assistent üzrə bazar adətən 700–1 140 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

25 açıq vakansiya, 17 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

İcraçı assistent kimi öz maaşını yoxla

Şirkət haqqında

Proxima Tech Solutions
Technology, Information and Internet · 51-200 · Bakı
Proxima Tech Solutions — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş şirkətin idarəetmə mərkəzində, Bakı şəhərindədir.

Rəhbər köməkçisi vəzifəsində ən azı 2–3 il təcrübə tələb olunur.

Rəqabətli əməkhaqqı təklif olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İcraçı assistent üzrə Bakıda digər açıq elanlar.

Qanun Nəşriyyatı
Mütəxəssis · 1–3 ilBakı
800₼

Direktorun iş yazışmalarını idarə edir, görüşləri təşkil edir və vaxtı düzgün planlaşdırır.

Business CorrespondenceMeeting CoordinationPrioritizationEmail Management+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Fostanpak MMC
Mütəxəssis · 3+ ilBakı
1 000₼

Direktorun iş təqvimini idarə edir, görüşləri planlaşdırır və hesabat hazırlamaq bacarığı tələb olunur

Meeting CoordinationReportingBusiness CorrespondencePresentation Skills+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Connex MMC
Mütəxəssis · 2–3 ilBakı
Maaş göstərilməyib

Baş direktorun gündəlik işlərini koordinasiya etmək və yüksək təşkilatçılıq bacarığı tələb olunur

Meeting CoordinationMultitaskingMicrosoft OfficeOrganizational skills+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Rəhbər köməkçisi
Müraciət et