Yerləşmə
Azərbaycan
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 iyun 2026
Dillər
Azerbaijani
Son tarix
17 iyul 2026

Vakansiya haqqında

Bu vəzifə müəssisədə istifadə olunan avtomatik idarəetmə sistemlərinin, PLC, SCADA və HMI həllərinin fasiləsiz, təhlükəsiz və səmərəli fəaliyyətinin təmin edilməsini əhatə edir. Vəzifə sahibi avtomatika avadanlıqlarının proqramlaşdırılması, sazlanması, texniki dəstəyi və nasazlıqların aradan qaldırılması proseslərini həyata keçirərək istehsalatın dayanıqlı fəaliyyətinə töhfə verir. Eyni zamanda yeni layihələrin avtomatlaşdırma hissəsinin hazırlanması və tətbiqində iştirak edir. İş yeri Cəbrayılda olduğu üçün yalnız Cəbrayıl və ətraf bölgələrdə yaşamaq imkanı olan namizədlərin müraciətləri dəyərləndiriləcək.

Müəssisə: Sunbeverage MMC

Ümumi Tələblər

  • Avtomatika, Elektrik mühəndisliyi, Elektronika, Mexatronika və ya digər müvafiq sahə üzrə ali təhsil;
  • Avtomatlaşdırma sistemləri üzrə minimum 2-3 il iş təcrübəsi;
  • PLC proqramlaşdırılması və sazlanması üzrə praktiki bilik və təcrübə;
  • SCADA və HMI sistemləri ilə işləmək bacarığı;
  • Sensorlar, aktuatorlar, tezlik çeviriciləri (VFD) və servo sistemlər üzrə biliklər;
  • Elektrik sxemlərini, P&ID və digər texniki sənədləri oxumaq və təhlil etmək bacarığı;
  • Avtomatika və idarəetmə panellərinin quruluşu və iş prinsipləri üzrə biliklər;
  • Nasazlıqların diaqnostikası və problemlərin operativ həlli bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə biliklər;
  • Analitik düşünmə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Müəssisədə mövcud olan avtomatik idarəetmə sistemlərinin fasiləsiz, etibarlı və təhlükəsiz fəaliyyətini təmin etmək;
  • PLC proqramlarının hazırlanması, yenilənməsi, optimallaşdırılması və texniki dəstəyini həyata keçirmək;
  • SCADA və HMI sistemlərinin sazlanmasını, monitorinqini və dayanıqlı fəaliyyətini təmin etmək;
  • Sensorlar, aktuatorlar, tezlik çeviriciləri (VFD), servo sistemlər və digər avtomatika avadanlıqlarının quraşdırılması, sazlanması və istismarına nəzarət etmək;
  • Elektrik və idarəetmə panellərinin montajı, qoşulması və texniki tələblərə uyğunluğunu təmin etmək;
  • Avtomatika sistemlərində yaranan nasazlıqları diaqnostika etmək, problemlərin operativ aradan qaldırılmasını təmin etmək və təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görmək;
  • Profilaktik baxım və texniki xidmət işlərinin planlaşdırılmasında və icrasında iştirak etmək;
  • Texniki sənədləri, elektrik sxemlərini və avtomatlaşdırma layihələrini oxumaq, təhlil etmək və tətbiq etmək;
  • Yeni layihələrin həyata keçirilməsi zamanı avtomatika hissəsinin hazırlanmasında, quraşdırılmasında və istismara verilməsində iştirak etmək;
  • Avtomatika sistemləri üçün tələb olunan ehtiyat hissələri və komponentlərə olan tələbatı müəyyən etmək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
  • Görülmüş işlər, aşkar edilmiş nasazlıqlar və həyata keçirilmiş tədbirlər üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Rəhbərlik tərəfindən verilən digər qanuni tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Şirkət haqqında

Azersun Holding
Emal sənayesi, Qida məhsullarının istehsalı

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir. Qida sektorunda Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir. "Azərsun Holdinq" fəaliyyətə başladığı gündən ölkənin inkişafı üçün yalnız iqtisadi sahədə atılan addımların yetərli olmadığını görür, həyata keçirilən iqtisadi layihələrin toplumların mədəni dəyərlərinə və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə "Azərsun Holdinq" öhdəsinə götürdüyü missiyanı bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. "Azərsun Holdinq", Azərbaycanı Azərbaycan edən mədəni dəyərləri yalnız ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul edir.

Azersun Holding — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Avtomatika mütəxəssisi
Müraciət et