Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 iyul 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
6 avqust 2026

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Zavodun istehsalat avadanlıqları və mühəndis-kommunikasiya sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək;

  • Texniki xidmət, profilaktik baxış və təmir işlərini planlaşdırmaq və icrasına nəzarət etmək;

  • Avadanlıqlarda yaranan nasazlıqların operativ aradan qaldırılmasını təşkil etmək;

  • Yeni avadanlıqların quraşdırılması və istismara verilməsi prosesini koordinasiya etmək;

  • Texniki sənədləşmənin düzgün aparılmasını və enerji resurslarından səmərəli istifadəni təmin etmək;

  • Texniki heyətin fəaliyyətini idarə etmək, iş bölgüsünü təşkil etmək və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək;

  • Ehtiyat hissələri və texniki materiallara olan tələbatı müəyyənləşdirmək, aidiyyəti şöbələrlə əməkdaşlıq etmək;

  • Zavodun texniki inkişafı, modernləşdirilməsi və xərclərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq;

  • Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək və verilən digər tapşırıqları icra etmək.

Namizədə dair tələblər:

  • Mexanika, Elektrik mühəndisliyi, Mexatronika və ya əlaqəli ixtisas üzrə ali təhsil;

  • İstehsalat müəssisəsində texniki rəhbər vəzifəsində minimum 5 il iş təcrübəsi;

  • İstehsalat avadanlıqları, texniki xidmət və profilaktik təmir prosesləri üzrə bilik və təcrübə;

  • Komandanı idarəetmə, planlaşdırma və operativ qərarvermə bacarığı;

  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;

  • Azərbaycan dilini mükəmməl bilmək, rus dili biliyi üstünlükdür;

  • Məsuliyyətli, liderlik və analitik düşünmə qabiliyyətinə malik olmaq.

​​​​​​​İş şəraiti:

  • İş yeri: Ağcabədi rayonu;

  • 6 günlük iş qrafiki (qısaldılmış);

  • Əmək haqqı: razılaşma yolu ilə;

  • Nahar: şirkət tərəfindən qarşılanır;

  • Rayon və ətraf kəndlərə servis xidməti mövcuddur;

  • İşçiyə ailəsi ilə yaşamağa ev verilir.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Texniki şöbənin müdiri
Müraciət et