KİP və Avtomatlaşdırma Mühəndisi

FABRİORA GROUP MMC

Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 850–1 850 ₼
Yerləşdirilib
24 iyul 2026

Vakansiya haqqında

İş haqqında məlumat

  • "FABRİORA GROUP" MMC ölkəmizdə müasir texnologiyalar əsasında "PREDO", "MİNİ BOSS" markalı uşaq bezləri, "LA LUNA" markalı mətbəx dəsmalları, tualet kağızları, stolüstü salfetlər, toz yuyucu vasitələr, maye yuyucular, nəm salfetlər və digər gigiyenik məhsullar istehsal edən aparıcı yerli müəssisələrdən biridir.
  • Biz dinamik böyüyən komandamıza istehsalat avadanlıqlarının fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək üçün KİP və Avtomatlaşdırma Mühəndisi axtarırıq!

Vəzifə və Öhdəliklər:

  • İstehsalat sahəsindəki avtomatlaşdırma sistemlərinin və KİP (kontrol-ölçü cihazları və avtomatika) avadanlıqlarının fasiləsiz işini təmin etmək;
  • PLC, HMI panel, sensorlar və tezlik çeviricilərinin nizamlanması, proqramlaşdırılması və nasazlıqlarının aradan qaldırılması;
  • Elektrik və avtomatlaşdırma sxemlərini oxumaq, baş verən texniki xətaları dərhal müəyyən edib həll etmək;
  • İstehsalat avadanlıqlarına dövrü texniki xidmət göstərmək, profilaktik və təmir işlərini həyata keçirmək;
  • Ölçü cihazları ilə dəqiq ölçmələrin aparılması və kalibrləmə proseslərinə nəzarət edilməsi;
  • İş zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunması.

İş şəraiti və təkliflərimiz:

  • Əməkhaqqı: İlkin 1850 AZN
  • İş rejimi: Növbəli iş rejimi / 6 günlük iş həftəsi
  • Qidalanma: Nahar şirkət tərəfindən verilir
  • Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
  • Sabit, uzunmüddətli və perspektivli iş mühiti
  • İş yerinin ünvanı: AZ 1083, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 25

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
1 850–1 850 ₼
KİP və Avtomatlaşdırma Mühəndisi
Müraciət et