Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 aprel 2026
Dillər
Azerbaijani

Vakansiya haqqında

Vəzifə funksiyaları

  • Verilmiş texniki tapşırıq əsasında sadə və orta mürəkkəblikdə PL/SQL prosedurlarının, funksiyaların, triggerlərin və paketlərin hazırlanmasında iştirak edir;
  • Verilənlər bazasına sorğular yazır, məlumatların daxil edilməsi, saxlanması, emalı və çıxarılması ilə bağlı texniki həllərin hazırlanmasında dəstək verir;
  • Hazırlanmış proqram modullarının ilkin testlərini aparır, test nəticələrini sənədləşdirir və aşkar edilmiş səhvlərin aradan qaldırılmasında iştirak edir;
  • Proqramların texniki və istismar sənədlərinin hazırlanmasında iştirak edir;
  • Verilənlər bazasında yaranan problemləri analiz etməkdə və onların aradan qaldırılmasında təcrübəli əməkdaşlara dəstək verir;
  • Rəhbərliyin göstərişlərinə əsasən proqram təminatının sazlanması və yenilənməsi işlərində iştirak edir;
  • Məlumat bazası strukturuna (cədvəllər, view-lar, indekslər və s.) uyğun kodların yazılmasında komanda ilə birgə çalışır;
  • Proqram təminatının müşayiətində və istifadəçilərin suallarının cavablandırılmasında iştirak edir;
  • İcra etdiyi tapşırıqlarla bağlı gündəlik və ya həftəlik hesabatlar təqdim edir.

Yumşaq bacarıqlar

  • Məsuliyyət
  • Təşəbbüskarlıq
  • Cəsarət
  • Aktivlik (enerji, cəldlilik)

Texniki səriştəliklər

  • Oracle
  • PL/SQL

Dil biliyi

  • Azərbaycan - Mükəmməl

Sosial şəbəkələrdə paylaş

Şirkət haqqında

Bank of Baku OJSC
Banking & Financial Services · Baku

Bank of Baku — один из ведущих банков Азербайджана, специализирующийся на розничном и корпоративном банкинге.

Bank of Baku OJSC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
PL/SQL developer
Müraciət et