Boru kəmərləri üzrə böyük mühəndis

SOCAR Upstream MI LLC

Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 iyun 2026
Dillər
Azerbaijani, English

Vakansiya haqqında

Quruda və dənizdə yerləşən boru kəməri sistemlərinin layihələndirilməsi, istismarı və texniki xidmət fəaliyyətlərini dəstəkləmək.Boru kəmərlərinin hidravlik göstəricilərini, ötürmə qabiliyyətini, təzyiq rejimlərini və istismar məhdudiyyətlərini təhlil edərək təkmilləşdirmə imkanlarını müəyyən etmək.Diaqnostika, monitorinq və əməliyyat məlumatlarını təhlil etməklə boru kəmərlərinin bütövlüyünə təsir göstərə biləcək riskləri və deqradasiya mexanizmlərini müəyyən etmək.Boru kəmərləri ilə bağlı sızma, nasazlıq, qəza və digər qeyri-normal halların araşdırılmasında iştirak etmək, kök səbəb analizlərinin aparılmasına və düzəldici tədbirlərin hazırlanmasına töhfə vermək.Boru kəmərlərinə dair texniki prosedurları və mühəndislik sənədlərini hazırlamaq və mütəmadi yeniləmək.Dəyişikliklərin İdarəolunması (MOC) prosesində iştirak edərək proses, əməliyyat və layihə dəyişikliklərinin boru kəmərlərinə təsirini qiymətləndirmək.Boru kəmərlərinin təhlükəsizliyi və istismarı ilə bağlı HAZID, HAZOP, ORA və digər risk qiymətləndirmə sessiyalarında iştirak etmək.Layihə sənədlərini, mühəndislik hesablamalarını və texniki göstəriciləri nəzərdən keçirərək onların normativ tələblərə və istismar ehtiyaclarına uyğunluğunu təmin etmək.Bütövlük, korroziya, axın müntəzəmliyinin təmin olunması (Flow Assurance), proses və əməliyyat komandaları ilə əməkdaşlıq edərək boru kəmərlərinin effektiv idarə olunmasını və risklərin nəzarətdə saxlanılmasını təmin etmək.Zərurət yarandıqda boru kəmərlərinin istismara yararlılığının (Fitness-for-Service) qiymətləndirilməsini dəstəkləmək.Boru kəmərlərinin layihələndirilməsi və istismarı üzrə beynəlxalq standartların və qabaqcıl təcrübələrin tətbiqini təmin etmək.Sahə işlərində yoxlamalar, istismara vermə (commissioning) və nasazlıqların aradan qaldırılması proseslərində iştirak etmək. Xüsusi tələblər Mexanika mühəndisliyi, neft-qaz mühəndisliyi, boru kəmərləri mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür).Boru kəmərləri mühəndisliyi sahəsində minimum 5 il iş təcrübəsi.Boru kəmərlərinin layihələndirilməsi, istismarı və texniki xidməti üzrə dərin biliklər.Hidravlik hesablamalar, təzyiq idarəetməsi və axın mexanikası üzrə biliklər.Şarlama (pigging) əməliyyatları və diaqnostika metodları üzrə praktiki təcrübə.Beynəlxalq standartlar və normativ sənədlər (API, ASME B31.4/B31.8, DNV, ISO və s.) üzrə biliklər.Risk qiymətləndirmə metodologiyaları üzrə anlayış.Azərbaycan və ingilis dillərində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Boru kəmərləri üzrə böyük mühəndis
Müraciət et