Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 iyun 2026
Son tarix
17 iyul 2026

Vakansiya haqqında

Namizəd mövcud və yeni layihələrin deployment, server, CI/CD, monitoring, logging və Kubernetes/Docker infrastrukturunun idarə olunmasında iştirak edəcək.

Əsas vəzifələr:

  • Server və tətbiq mühitlərinin idarə olunması;
  • Docker və Kubernetes əsaslı servis deployment-lərinin hazırlanması;
  • GitLab CI/CD pipeline-ların qurulması və dəstəklənməsi;
  • Nginx, SSL və domain yönləndirmələrinin konfiqurasiyası;
  • Production və test mühitlərində yaranan problemlərin araşdırılması;
  • Monitoring və logging sistemlərinin qurulması və izlənməsi;
  • Graylog, Filebeat, Prometheus, Grafana kimi alətlərlə işləmək;
  • Backup, log retention və təhlükəsizlik proseslərində iştirak;
  • Development komandası ilə birlikdə deploy proseslərinin optimallaşdırılması;
  • Texniki sənədləşmənin hazırlanması.

Tələblər:

  • Linux server administrasiyası üzrə bilik;
  • Docker və Docker Compose ilə iş təcrübəsi;
  • Kubernetes üzrə əsas və orta səviyyədə bilik;
  • Nginx və reverse proxy konfiqurasiyası təcrübəsi;
  • Git və GitLab CI/CD ilə işləmə bacarığı;
  • Bash script yazmaq bacarığı;
  • SSL, DNS, firewall və network anlayışları üzrə bilik;
  • Loglama və monitorinq sistemləri ilə iş təcrübəsi;
  • Production problemlərini analiz etmək və həll etmək bacarığı;
  • Komanda ilə işləmə və məsuliyyətli yanaşma.

Üstünlükdür:

  • HashiCorp Vault ilə iş təcrübəsi;
  • Graylog və Filebeat bilikləri;
  • Prometheus və Grafana ilə monitoring təcrübəsi;
  • Helm chart-lar ilə iş təcrübəsi;
  • Java/Spring Boot və Next.js tətbiqlərinin deploy təcrübəsi;
  • Oracle DB və ya digər DB sistemləri üzrə basic bilik.

Təcrübə:

  • DevOps, System Administrator və ya Infrastructure Engineer kimi minimum 2 il iş təcrübəsi.

Şirkət haqqında

YIĞIM Payment Services
Maliyyə və sığorta fəaliyyəti, Maliyyə xidmətləri və fintex

YIĞIM Payment Services – Azərbaycanın ilk PCI DSS beynəlxalq təhlükəsizlik sertifikatını almış aparıcı fintech şirkətidir və fərdi və korporativ müştərilər üçün innovativ ödəniş həlləri təqdim edir. Həmçinin Azərbaycanda internet və mobil tətbiq üzərindən "Google Pay" və "Apple Pay" ödənişlərinin qəbulunu təmin edən ilk şirkətdir. 2017-ci ildən fəaliyyət göstərən YIĞIM Payment Services, bazarın lideri olaraq Bolt Taxi, Bolt Food, Wolt, Uber, Yango, Hilton, Fairmont, Hertz, Wingz Scooter və digər 300-dən çox yerli və beynəlxalq şirkətin ödənişlərini qəbul edir. Şirkətin missiyası – ölkədə nağdsız iqtisadiyyatın inkişafına töhfə verən rahat, etibarlı və təhlükəsiz rəqəmsal ödəniş ekosisteminin yaradılmasıdır. Şirkətin əsas fəaliyyət istiqamətləri bunlardır: onlayn və mobil ödənişlər üçün qabaqcıl texnologiyaların inteqrasiyası, rəqəmsal maliyyə xidmətlərinin inkişafı, əməliyyatların maksimum təhlükəsizliyinin təmin edilməsi və fintech sahəsində innovasiyaların dəstəklənməsi."

YIĞIM Payment Services — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
DevOps mütəxəssis
Müraciət et