1C mütəxəssis-məsləhətçi

Best Soft

Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 iyun 2026
Dillər
Azerbaijani

Vakansiya haqqında

Mühasibat uçotu modulu üzrə istifadəçi tələblərinin analizi, proqramda sazlanması və funksionallığın optimallaşdırılması;1C:Müəssisə bazasında proqram məhsullarının hazırlanması, layihələrdə tətbiqi və cari dəstəyin göstərilməsi;Mühasibatlıq və maliyyə hesabatlılığı üzrə proqramda dəyişikliklər və yeniliklər üçün tələblərin müəyyən edilməsi;Proqram məhsulunun təkmilləşdirilməsi məqsədilə texniki tapşırıqların (TZ) hazırlanması və proqramçılara ötürülməsi;Yerinə yetirilən dəyişikliklərdən və yeniliklərdən sonra proqram modullarının sınaqdan (testdən) keçirilməsi;İstifadəçi sənədlərinin (təlimatların) hazırlanması;İstifadəçilərə proqramla işləmək üçün təlimlərin keçilməsi və gündəlik məsləhətlərin verilməsi.İş şəraiti:Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;Şirkət hesabına qidalanma;Şirkət hesabına fitnes xidmətləri;Peşəkar təlim və sertifikatlaşdırma (şirkət tərəfindən qarşılanır);Müəyyən edilmiş sabit əmək haqqı + yerinə yetirilmiş işlərdən (KPI/Layihələrdən) bonuslar;Mehriban, dinamik və səmimi kollektiv;Rəngarəng və maraqlı layihələrdə iştirak imkanı;İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə). Xüsusi tələblər Cinsi: Kişi və ya qadın;Yaş həddi: 21-35;Ali və ya natamam ali təhsil (İnformasiya texnologiyaları, İqtisadiyyat, Maliyyə və ya Mühasibatlıq üstünlükdür);1C proqramında mühasibat uçotu (Accounting) modulunu mükəmməl səviyyədə bilmək və bu sahədə praktiki təcrübə (əsas tələb);İstehsal və ticarət müəssisələrinin operativ, idarəetmə və mühasibat uçotunun əsaslarını dərindən bilmək;1C:Müəssisə platformasında proqram məhsullarının layihələrdə tətbiqi (implementasiyası) və dəstəyi üzrə təcrübə;Biznes proseslərin analizi və mühasibatlıq tələblərinin proqram təminatına adaptasiyası bacarığı. Müraciət etmək üçün: [email protected]

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
1C mütəxəssis-məsləhətçi
Müraciət et