Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 iyul 2026
Dillər
Russian, English, Azerbaijani
Son tarix
10 avqust 2026

Vakansiya haqqında

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

  • Korporativ şəbəkənin (200+ istifadəçi) texniki dəstəyi və idarə edilməsi;
  • Cisco, Fortigate, Ubiquiti şəbəkə avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və sorğusuz işləməsinin təmin edilməsi;
  • HP Server, MSA, ESXi və Windows Server (AD, DNS, DHCP, GPO) üzrə texniki dəstək;
  • VDS (Virtual Desktop Server) və virtual mühitlərin idarə edilməsi;
  • Dahua IP kameraların quraşdırılması və nəzarəti;
  • İstifadəçilər üçün texniki problemlərin həlli (Windows 11/10/8/7);
  • Şəbəkə kabel sistemlərinin (SKS) təşkili və problemlərin aradan qaldırılması;
  • TCP/IP, UDP, HTTPS kimi şəbəkə protokolları ilə iş təcrübəsi;
  • İstifadəçilər üçün təlimatların hazırlanması və təlimlərin keçirilməsi.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Rus və ingilis dili biliyi arzuolunandır (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi);
  • İT sahəsində 1 ildən artıq iş təcrübəsi (şəbəkə, sistem administrasiyası, texniki dəstək);
  • Cisco, Fortigate, Windows Server, ESXi, VDS, MSA, HP Server üzrə bilik;
  • Şəbəkə kabel quraşdırması və IP kameraların quraşdırılması bacarığı;
  • Windows istifadəçi dəstəyi (7, 8, 10, 11) və Office proqramları;
  • Şəbəkə protokolları (TCP/IP, UDP, HTTPS) və təhlükəsizlik əsasları;
  • Sertifikatlar (Cisco CCNA, Fortigate NSE, Microsoft MTA/MCSA) üstünlükdür;
  • Skript yazma (PowerShell, Bash) və avtomatlaşdırma bacarığı arzuolunandır;
  • İT infrastrukturu layihələrinin həyata keçirilməsi təcrübəsi üstünlükdür;
  • Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları;
  • Analitik düşüncə və problemləri sürətli həll etmə bacarığı.

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • İş qrafiki: həftə içi 5 gün, 09:00-18:00 (Bazar ertəsi - Cümə);
  • Şənbə və bazar istirahət;

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
İT mütəxəssisi
Müraciət et