Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Frontend developer
Tələblər:
- Webpack və Gulp ilə işləmə təcrübəsi;
- Vue.js və/və ya React.js ilə işləmə bacarığı;
- HTML, CSS, SCSS və JavaScript dillərini yüksək səviyyədə bilmək;
- Figma ilə sərbəst işləmək və dizaynı piksel-perfect koda çevirmək bacarığı;
- Müxtəlif brauzerlərdə problemsiz işləyən cross-browser uyğun kod yazmaq bacarığı;
- Şəxsi keyfiyyətlər: Komanda ilə işləmə və effektiv ünsiyyət bacarığı;
- Dil bilikləri: İngilis dili - minimum texniki sənədləri anlayacaq səviyyədə.
Vəzifə öhdəlikləri:
- Veb saytların frontend hissələrinin hazırlanması;
- Promo və landing səhifələrin hazırlanması;
- Dizayn əsasında responsiv və performanslı interfeyslərin yaradılması.
Təklif edirik:
- İş saatları: 09:00 - 18:00;
- İstirahət günləri: Şənbə və Bazar;
- Nahar: Şirkət tərəfindən təmin olunur;
- Tibbi sığorta: Təmin edilir.
Diqqət: Göndərilən maillərin mövzusunda mütləq “Frontend developer” qeyd edilməlidir.
Şirkət haqqında
20 ilə yaxın Dünya və Azərbaycan Maliyyə bazarlarında peşəkar investisiya xidmətləri təqdim edən, müddətsiz lisenziyaya malik lnvestAZ investisiya şirkəti, Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür. Maliyyə bazarlarında fəaliyyəti dövründə ölkənin aparıcı investisiya şirkətlərindən birinə çevrilərək, müasir, fərqli, innovativ və texnoloji yanaşmaları ilə maliyyə-yatırım dünyasında bir çox yeniliklərə imza atmışdır. Bakının dünya maliyyə bazarlarının lokomitivinə çevriləcəyini hədəfləyən Şirkətimiz, bu məsul yolda özünə əmin, intellektual və iddialı olan şəxsləri (Sizləri) komandamıza qatılmağa dəvət edir.
InvestAZ İnvestisiya Şirkəti — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.




