Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 iyul 2026
Dillər
English
Son tarix
20 avqust 2026

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • İstifadəçilərdən daxil olan texniki müraciətlərin qəbul edilməsi, qeydiyyata alınması və operativ şəkildə həll edilməsi.
  • Windows 10/11 əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və texniki dəstəyin göstərilməsi.
  • Windows Server mühitində əsas inzibatçılıq işləri üzrə ilkin biliklərə malik olmaq və Sistem Administratorunun nəzarəti altında icra etmək.
  • Active Directory üzərindən istifadəçi hesablarının yaradılması, parolların sıfırlanması, istifadəçi hüquqlarının idarə olunması və kompüterlərin domenə qoşulması.
  • Microsoft Office paketinin (Word, Excel, Outlook, PowerPoint və s.) quraşdırılması və dəstəklənməsi.
  • Outlook, Exchange və ya Microsoft 365 poçt hesablarının sazlanması və istifadəçilərə texniki dəstək göstərilməsi.
  • Kompüter, noutbuk, printer, skaner və digər periferiya avadanlıqlarının quraşdırılması, sazlanması və nasazlıqlarının aradan qaldırılması.
  • Printerlərin şəbəkəyə qoşulması, paylaşılması və istifadəçi kompüterlərində sazlanması.
  • TCP/IP, LAN, Wi-Fi və lokal şəbəkə bağlantıları ilə bağlı ilkin problemlərin diaqnostikası və aradan qaldırılması.
  • Antivirus proqramlarının quraşdırılması, yenilənməsi və nəzarətdə saxlanılması.
  • AnyDesk, TeamViewer, Remote Desktop və digər uzaqdan idarəetmə vasitələri ilə istifadəçilərə texniki dəstək göstərilməsi.
  • Yeni işçilər üçün kompüterlərin hazırlanması, proqram təminatının quraşdırılması və iş mühitinin konfiqurasiyası.
  • İT avadanlıqlarının inventar uçotunun aparılması və texniki sənədləşdirilməsində iştirak etmək.
  • Sistem Administratoru tərəfindən verilən tapşırıqların icrasında iştirak etmək və eskalasiya olunan problemlərin həllinə dəstək göstərmək.
  • İstifadəçi məmnuniyyətini təmin etmək məqsədilə müraciətlərin vaxtında və keyfiyyətli şəkildə icra olunmasını təmin etmək.

Tələblər:

  • Windows Server (Active Directory, DNS, DHCP və Group Policy) üzrə ilkin biliklər.
  • VMware ESXi, VMware vCenter və ya Hyper-V virtualizasiya platformaları haqqında ilkin biliklər.
  • IIS, Apache və Nginx veb serverləri haqqında ümumi anlayış.
  • MSSQL Server və ya MySQL verilənlər bazaları üzrə ilkin biliklər.
  • Veeam Backup & Replication və digər Backup həlləri haqqında ümumi biliklər.
  • Microsoft 365, Exchange Online və Microsoft Entra ID (Azure AD) ilə işləmək təcrübəsi.
  • Cloud platformaları (AWS, Microsoft Azure, Google Cloud və s.) haqqında ilkin biliklər.
  • TCP/IP, DNS, VPN, SSL və digər şəbəkə protokolları üzrə biliklər.
  • Ticketing sistemləri (GLPI, Jira Service Management, OTRS, Zendesk, Freshservice və s.) ilə işləmək təcrübəsi.
  • PowerShell və ya Batch skriptləri üzrə ilkin biliklər.
  • 3CX IP PBX telefon sistemi haqqında ilkin biliklər.
  • İngilis dilində texniki sənədləri oxuma və anlama bacarığı

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Şirkət haqqında

Datalead MMC
IT Services and IT Consulting · Baku

Haqqında: DataLead məlumat və süni intellekt sahəsində ixtisaslaşmış konsaltinq şirkətidir və məlumat bazalarının idarə edilməsi, BI həlləri, data warehouse və lakehouse platformalarının qurulması üzrə xidmətlər göstərir. Şirkət həm dövlət, həm də özəl sektor üçün data əsaslı həllər təqdim edir. Ünvan: AGA BUSINESS CENTER, Xocalı prospekti 55 , Bakı

Datalead MMC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Helpdesk Mütəxəssisi
Müraciət et