Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 iyul 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
17 avqust 2026

Vakansiya haqqında

Namizədə verilən tələblər:

  • Korporativ sistem inzibatçılığı sahəsində minimum 5 il praktiki iş təcrübəsi;
  • Windows Server, Active Directory, Group Policy, DNS, DHCP və fayl xidmətlərinin qurulması, idarə olunması və dayanıqlığının təmin edilməsi üzrə dərin təcrübə;
  • Active Directory replikasiyası, FSMO rolları, səlahiyyətlərin delegasiyası və domen xidmətlərində mürəkkəb nasazlıqların aradan qaldırılması bacarığı;
  • Microsoft 365, Exchange Online və Exchange Hybrid mühitlərinin qurulması, miqrasiyası və idarə olunması üzrə praktiki təcrübə;
  • Microsoft Entra ID-də hybrid identity, Entra Connect/Cloud Sync, MFA, Conditional Access, RBAC və identifikasiya təhlükəsizliyinin idarə olunması üzrə təcrübə;
  • Enterprise Applications, Single Sign-On və inzibati giriş səlahiyyətlərinin idarə olunması üzrə praktiki biliklər;
  • Microsoft Intune-da cihaz qeydiyyatı, compliance və configuration siyasətləri, tətbiqlər, Windows Autopilot və endpoint təhlükəsizliyinin idarə olunması üzrə təcrübə;
  • VMware vSphere və ya Hyper-V, klaster, fiziki serverlər, SAN/NAS storage, backup və disaster recovery (fəlakətdən bərpa) həlləri üzrə geniş praktiki təcrübə;
  • TCP/IP, VLAN, routing, VPN, NAT və firewall prinsipləri üzrə güclü şəbəkə bilikləri;
  • On-premises, Microsoft 365 və hybrid infrastrukturu əhatə edən mürəkkəb problemlərin əsas səbəbinin (root cause) müəyyən edilməsi və həlli bacarığı;
  • PowerShell və Microsoft Graph vasitəsilə mürəkkəb inzibati proseslərin və əməliyyatların tam avtomatlaşdırılması təcrübəsi;
  • İnfrastruktur dəyişikliklərinin planlaşdırılması, risklərin qiymətləndirilməsi, test edilməsi və təhlükəsiz tətbiqi bacarığı;
  • Sistemlərin monitorinqi, təhlükəsizliyi, performansı, backup və bərpa proseslərinin idarə olunması üzrə təcrübə;
  • Texniki sənədlərin, sistem sxemlərinin və bərpa planlarının hazırlanması bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst işgüzar ünsiyyət bacarığı, texniki ingilis dilində sərbəst sənədləşmə və yazışma qabiliyyəti.

Üstünlük hesab edilən bacarıqlar:

  • Microsoft Defender XDR, Defender for Endpoint və Identity Protection həlləri üzrə təcrübə;
  • Privileged Identity Management (PIM) və identity governance üzrə praktiki biliklər;
  • Azure virtual infrastrukturu, RBAC, backup və monitorinq xidmətləri ilə iş təcrübəsi;
  • Linux serverləri və korporativ backup platformalarının inzibatçılığı üzrə təcrübə;
  • Microsoft infrastrukturu, Microsoft 365 və endpoint idarəetməsi üzrə peşəkar sertifikatlar (MCSE, MS-102, MD-102 və s.).

İş qrafiki: 5 günlük iş rejimi.

Əmək haqqı: Müsahibə zamanı müəyyən olunacaq.

Müraciət qaydası: CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Baş Sistem administratoru” yazmaqla göndərə bilərsiniz.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Baş Sistem administratoru
Müraciət et