Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Təsvir
- Daxil olan sorğuların vaxtında və düzgün həll edilməsinin təmin olunması;
- İstifadəçi komputerlərində və İT avadanlıqlarında baş vermiş problemlərin müəyyən edilib, dərhal aradan qaldırılması və fasiləsiz işin təmin edilməsi;
- Yeni işçilərə iş mühitinin yaradılması üçün lazımı işlərin görülməsi;
- Əməliyyat sistemlərinin və istifadəçi məlumatlarının ehtiyat nüsxələrinin çıxarılması və lazım gəldikdə bərpa olunması;
- Sistem səhvlərinin diagnostikasının aparılması və aşkar olunmuş səhvliklərin aradan qaldırılması;
- İstifadəçilərin korporativ domain şəbəkəsinə qoşulması, İp telefonların konfigurasiya edilməsi, elektron poçtun istifadəçi komputerlərində ayarlanması, printer/ scanner tipli qurğuların əlavə olunması və s. kimi buna bənzər işlərin görülməsi;
- Lazim gəldikdə masa üstü komputer və notebook kimi avadanlıqların detallarının yenilənməsi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər
- Ali təhsil (İT sahəsi üzrə təhsil arzuolunandır);
- İT sahəsində azı 3 il iş təcrübə;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Detallara və nəticəyə yönümlü olmaq;
- Komandada işləmək və ünsiyyət bacarıqları;
- Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
- Windows Client /macOS əməliyyat sistemləri üzrə dərin biliklərin olması;
- Active Directory, Group Policy, Microsoft Exchange üzrə baza biliklərinin olması;
- TCP/IP, DNS, DHCP,LAN, VLAN, WLAN və VPN kimi protokolların işləmə prinsiplərini anlamalı;
- Müxtəlif növ Backup program təminatları ilə iş təcrübəsinin olması (Acronis, Veeam, Norton və s.);
- AP, Router, Network Printer, Scanner və s. kimi avadanlıqların sazlanması
Vakansiya növü - Tam ştat
Əmək haqqı 900 - 1400 AZN
Şirkət haqqında
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir. İlbəil yerli və xarici bazarda mövqeyimizi davamlı olaraq gücləndiririk. Şəbəkəmiz Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır. Bu tərəfdaşlıq şirkətin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və etibarlı riteyl şəbəkəsi olduğunu təsdiqləyir. Şirkətin uğurunun əsasını 3000-dən çox əməkdaşdan ibarət peşəkar və dinamik komanda təşkil edir. Burada qarşılıqlı etibar, açıq ünsiyyət, komandada birgəlik və sağlam iş mühiti əsas dəyərlərimizdir. Komanda üzvlərimiz arasında performansa əsaslanan karyera yüksəlişini təmin etməyimiz isə daim qürurlandığımız cəhətimizdir. Üstəlik, əməkdaşların şəxsi və peşəkar inkişafına real yanaşma da mövcuddur. “Kontakt” komandasında çalışanlar üçün təlimlər və öyrənmə mühiti yaradılaraq hər bir əməkdaşın potensialını ortaya qoymasına şərait yaradılır. Böyük komandamıza qoşulmaq istəyənlərə “Kontakt – Sevindirir” ruhunu birgə yaşamağı vəd edirik. Komandamızı və iş həyatımızı daha ətraflı Kontakt Life-ın həm Instagram , həm də LinkedIn səhifəsində kəşf edə bilərsən.
Kontakt Home — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.


