Baş mütəxəssis (informasiya təhlükəsizliyi üzrə)

Enerji Məsələlərini Tənzimləmə Agentliyi

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 iyun 2026
Dillər
Azerbaijani, English

Vakansiya haqqında

İnformasiya təhlükəsizliyi istiqamətində siyasətlərin, prosedurların və standartların hazırlanmasında, təkmilləşdirilməsində və yenilənməsində iştirak edir, bu sahə üzrə təhlillər aparır və təkliflər hazırlayır;Mövcud siyasət, prosedur və standartların tətbiqinə nəzarət edir, sənədlərin aktuallığını daimi nəzarətdə saxlayır, bu istiqamətdə təhlillər aparır və təkliflər hazırlayır; Uyğunluq (compliance) tələblərinin (ISO 27001, NIST və s.) tətbiqini və izlənilməsini təmin edir, pozuntu hallarını aşkar edərək araşdırır, nəticələr üzrə təhlillər aparır və təkliflər hazırlayır; Risk reyestrinin hazırlanmasında iştirak edir, onun daimi aktual saxlanılmasını təmin edir, müvafiq təhlillər aparır və təkliflər hazırlayır;Risklərin qiymətləndirilməsi və idarə olunması prosesinin icrasında iştirak edir, nəticələr üzrə təhlillər aparır və təkliflər hazırlayır;İnformasiya təhlükəsizliyi üzrə tələbləri və beynəlxalq təcrübələri təhlil edir, onların tətbiqi ilə bağlı təkliflər hazırlayır; Daxili auditlərin təşkilində iştirak edir, audit nəticələrini təhlil edir və müvafiq təkliflər hazırlayır; Təhlükəsizlik insidentlərinin ilkin analizini və koordinasiyasını həyata keçirir, nəticələr üzrə hesabatlar və təkliflər hazırlayır; İT infrastrukturu üzrə əsas təhlükəsizlik nəzarətlərinin monitorinqini həyata keçirir, aşkar edilmiş uyğunsuzluqlar üzrə təhlillər aparır və təkliflər verir; İstifadəçilər üçün informasiya təhlükəsizliyi üzrə maarifləndirmə tədbirlərinin təşkilində iştirak edir; Sahə üzrə inkişaf planlarının və strategiyaların hazırlanması üçün təkliflər verir, informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə nəzarət mexanizmlərinin qurulmasında iştirak edir;Təhlükəsizlik prosedurlarının və qabaqcıl təcrübələrin tətbiqi məqsədilə digər struktur bölmələr və komanda üzvləri ilə əməkdaşlıq edir, bu sahədə təkliflər hazırlayır; Yeni təhlükəsizlik texnologiyalarının və alətlərinin seçilməsi və tətbiq edilməsində iştirak edir, onların effektivliyi üzrə təhlillər aparır və təkliflər verir; İnformasiya təhlükəsizliyi ilə bağlı daxil olan sorğuların müvafiq qaydalara uyğun qəbulunu, prioritetləşdirilməsini və icrasını təmin edir, nəticələr üzrə təhlillər aparır və təkliflər hazırlayır; Təhlükəsizlik layihələrinin planlaşdırılması, idarə olunması və icrasında iştirak edir, layihələrin nəticəliliyinin artırılması üzrə təhlillər aparır və təkliflər verir; Şöbənin fəaliyyətinin nəticələrini təhlil etməklə problemləri müəyyən edir və onların aradan qaldırılması üçün kompleks təkliflər hazırlayaraq təqdim edir; Şöbə əməkdaşlarının peşəkarlığının artırılması üçün təkliflər verilməsində iştirak edir və onlara ümumi metodoloji dəstək göstərir; Əmək müqaviləsində və şöbənin Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir. Xüsusi tələblər Müvafiq sahə üzrə ali təhsil; Yaş həddi 23-35; İnformasiya təhlükəsizliyi sahəsində minimum 3 il iş təcrübəsi; Sənədləşmə işlərinin aparılması, siyasətlərin, prosedurların və korporativ standartların hazırlanması və layihələndirilməsi üzrə iş təcrübəsi;İT infrastrukturu, əməliyyat sistemləri və şəbəkələr üzrə nəzəri və praktiki biliklər; İSO 27001, NIST, COBIT, ITIL və digər beynəlxalq standartlar üzrə praktiki biliklər; CISSP, CISA, CISM, ISO 27001, CRISC, CompTIA Security+ və digər müvafiq sertifikatlara malik olanlara üstünlük verilir; Kibertəhlükəsizlik həlləri (DLP, PAM, MDM, SIEM, EDR, Network Security və s.) üzrə biliklər; Nəzarətetmə, qərarvermə və nəticəyönümlülük bacarıqları; Təhliletmə, məsuliyyətlilik, təşəbbüskarlıq, təşkilatçılıq və dəqiqlik bacarıqları; Azərbaycan dilini yüksək, ingilis dilini isə yaxşı səviyyədə bilmə; Şifahi və yazılı ünsiyyət bacarıqları. Müraciət etmək üçün: [email protected]

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Baş mütəxəssis (informasiya təhlükəsizliyi üzrə)
Müraciət et