Kiber hücumların simulyasiyası üzrə baş mütəxəssis

ABB-İnvest İnvestisiya Şirkəti QSC

Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
8 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
8 avqust 2026

Vakansiya haqqında

İş şəraiti

  • Şəhər: Bakı
  • İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
  • Əmək haqqı: Razılaşma əsasında

Vəzifə öhdəlikləri:

  • Proqram təminatı, sistem və şəbəkələrin təhlükəsizlik baxımından yoxlanılmasını həyata keçirmək;
  • Proqram kodunun təhlükəsizlik analizini aparmaq;
  • Müəyyən edilmiş uyğunsuzluqlar və tövsiyyələr barədə hesabatların verilməsi;
  • Aşkar edilmiş boşluqları sənədləşdirmək, onlar üzrə təhlükəsizlik hesabatları hazırlamaq;
  • Boşluqların aradan qaldırılması tədbirlərini həyata keçirmək üçün İT və İnformasiya Təhlükəsizliyi heyəti ilə sıx əməkdaşlıq etmək;
  • Vulnerability Management (Boşluqların İdarə Edilməsi) prosesində iştirak etmək və prosesin icrasına dəstək vermək.

Tələblər:

  • Ali təhsil (Kompüter elmləri, İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və ya əlaqəli ixtisaslar üzrə təhsil arzuolunandır);
  • Kibertəhlükəsizlik sahəsində minimum 5 il real iş təcrübəsi;
  • Web, Mobile və DevSecOps texnologiyalarına dair biliklər;
  • OWASP Top-10 boşluqlar üzrə praktik təcrübə;
  • Web və İnfrastruktur pentest üzrə biliklər;
  • Əməliyyat sistemləri və şəbəkə üzrə biliklər;
  • Scripting bacarıqları (bash, powershell, python və s.);
  • Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
  • Hesabatlarının hazırlanması ilə bağlı təcrübə;
  • Azərbaycan dili – mükəmməl, ingilis dili – yaxşı səviyyədə (yazılı, şifahi ünsiyyət və təqdimat bacarıqları);
  • Məsuliyyət, dəqiqlik, fəallıq və komandada işləmə bacarığı.

Şirkət haqqında

ABB-İnvest İnvestisiya Şirkəti QSC
Maliyyə və sığorta fəaliyyəti, Kapital bazarları

ABB-İnvest İnvestisiya Şirkəti QSC (Şirkət) 2020-ci ildə yaranmışdır və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş müvafiq lisenziyaya əsasən fəaliyyət göstərir. Şirkət qiymətli kağızlarla öz hesabına və adına əməliyyatlar etməklə yanaşı müştərilərinə yerli və xarici qiymətli kağızlar bazarında vasitəçilik (brokerage), qiymətli kağızların anderraytinqi, investisiya portfelinin idarə edilməsi və investisiya məsləhətlərinin təqdim edilməsi, marja ticarəti və digər əsas və yardımçı investisiya xidmətləri göstərir.

ABB-İnvest İnvestisiya Şirkəti QSC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Kiber hücumların simulyasiyası üzrə baş mütəxəssis
Müraciət et