Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Kibertəhlükəsizlik zəifliklərin idarəetməsi üzrə mütəxəssisi
Vəzifəyə olan tələblər:
- Ali texniki təhsil;
- Veb tətbiqlərin qurulma və tesləşdirmə metodları üzrə biliklər;
- Təhlükəsizlik skanerləri (Rapid7, Tenable Nessus və s.) ilə iş təcrübəsi;
- Əməliyyat sistemlərində, tətbiqlərdə zəyifliklərin axtarış və istifadə üzrə iş təcrübəsi;
- Aktual informasiya təhlükəsizliyi təhdidləri, kiber hücumların həyata keçirilməsi alətlər və texnologiya, mühafizə metodları üzrə biliklər;
- Zəyifliklərin sənədləşmə metodoloiyaları - CVE, CWE, CVSS, OWASP TOP 10 və s.üzrə biliklər;
- Verilənlər bazaların idarəetmə sistemləri (Oracle, Postgres, MS SQL) üzrə əsas biliklər;
- Proqramlaşdırma bilikləri və/və ya iş təcrübəsi (Python, Powershell, Bash);
- DevSecOps alətləri (SCA,SAST, DAST) və prosesləri üzrə bilik və təcrübə arzuolunandır;
- Texniki sənədlərin oxuma və təhlil bacarıqları;
- Məsuliyyətli təşəbbüskarlıq, nəticə yönümlülük, komanda işi bacarıqları.
Vəzifə öhdəlikləri:
- Zəifliklərin avtomatlaşdırmış və əl ilə (“manual”) axtarılması, kritikliyinin qiydmətləndirməsi və prioritetləşdirmə;
- İT mütəxəssislər tərəfindən zəiifliklərin aradan qaldırılıması üzrə inisiasiya, planlaşdırma və nəzarət;
- Zəifliyin aradan qaldırlması mümkün olmadığı halda kompensasiya tətbirərin görülməsi;
- Hesabatların hazırlanması;
- Zəifliklərin idarəetmə prosesinin təhlili və təkmilləşdirmə;
- Zəiflikərin axtarılması üzrə avtomatlaşdırma texniki vasitələrinin inzibatçılığı (“VM&BAS”);
- “Security Operations Center - SOC” məsələləri üzrə “SOC” mərkəzinin digər işçilər ilə əməkdaşlıq.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Şirkət haqqında
"Azərikard" MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda “Azərikard” MMC Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 16 banka prosessinq xidməti göstərir və onların hamısı - Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür. “Azərikard” MMC telekomunikasiya şirkətlərinin xidmət haqlarının, kommunal xidmətlərin, gömrük rüsumlarının və vergilərin ödənişi, mobil və internet bankçılıq, nağdsız qaydada bir kartdan digər karta pul köçürmələrinin (Kart Transfer, VISA Direct, MasterCard Money Send), VTS, bankomat vasitəsilə sığorta haqlarının və depozitlərin ödənişinin, müxtəlif loyallıq proqramları və s. kimi yeni, müasir və texnoloji layihələrin tətbiqi ilə fəal şəkildə məşğuldur.
Azericard — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.



