Backend üzrə baş proqramçı (.Net)

PASHA Sığorta

Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 fevral 2026
Dillər
Azerbaijani, English, Russian

Vakansiya haqqında

“PAŞA Sığorta” ASC namizədləri Backend üzrə Baş Proqramçı (.Net) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri:

  • PAŞA Sığorta-nın mövcud olan informasiya sistemlərinin texniki dəstəyi və inkişafı

  • Kodlara baxış (Code review) keçirilməsi

  • İnformasiya sistemlərində yaranan nasazlığa dərhal reaksiya verir və sistemlərin xidmətində pozuntuların aradan qaldırılması üzrə müvafiq, təcili tədbirlər görür

  • Təlimata uyğun olaraq sistemlərdə olan xidməti informasiyanın bərpası və bütövlüyünün sistematik yoxlanılmasını təmin edir

  • Yeni sistemlərin tətbiqində və yaratmasında üçüncü tərəf təşkilatların iş prosesini təşkil edir

  • Mobil tətbiq və digər servis üzərindən qoşulmalar üçün lazım olan API və s. hazırlanmasında digər proqramçılarla birgə işləmə

  • Birbaşa rəhbəri tərəfindən İT infrastrukturuna aid olan digər tapşırıqları yerinə yetirmək

Təhsil və ixtisas:

  • Ali-bakalavr

Sertifikatlar:

  • Arzuolunandır

İş şərtləri:

  • Təcrübə: 3 il

Bilik və bacarıqlar.

Sahə/ixtisas bilik, bacarıqları:

  • Enterprise səviyyəli tətbiqlərin hazırlanması

  • Asp.Net Core, C#, SQL, RESTful API – ekspert səviyyəsi

  • Sistem arxitekturunun planlanması və dizaynı

  • Kodlara baxış (Code Review) və texniki mentorluq

  • CI/CD, Docker, GitFlow, Jenkins və s.

  • Tətbiq təhlükəsizliyi və məlumat mühafizəsi

Davranış bacarıqları:

  • Komanda liderliyi və texniki yönləndirmə

  • Performans izləmə və kod keyfiyyətinin təmini

  • Məhsul yönümlü düşüncə və strateji planlama

  • Stakeholder-lərlə effektiv kommunikasiya

  • Kritik problemlərin idarə olunması

Dil bilikləri:

Azərbaycan, ingilis və rus dili bilikləri.

Şirkət haqqında

PASHA Sığorta
Insurance · Baku

PASHA Sığorta — the leading insurance company in Azerbaijan (part of PASHA Holding), offering a full range of insurance products.

PASHA Sığorta — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Backend üzrə baş proqramçı (.Net)
Müraciət et