VMware əsaslı virtual infrastrukturun quraşdırılması, konfiqurasiyası, idarə olunması və fasiləsiz fəaliyyətinin təmin edilməsi;Virtual mühitlərin yüksək əlçatanlığının (High Availability), performansının və təhlükəsizliyinin təmin edilməsi;Backup, replikasiya və Disaster Recovery həllərinin idarə olunması, ehtiyat nüsxələmə və bərpa proseslərinin icrası;Server, storage və SAN infrastrukturunun idarə olunması, monitorinqi və optimallaşdırılması;Virtual infrastruktur üzrə insidentlərin araşdırılması, problemlərin aradan qaldırılması və sistemlərin monitorinqinin həyata keçirilməsi;Virtualizasiya mühitinin inkişafı və optimallaşdırılması istiqamətində digər İT komandaları ilə əməkdaşlıq. Xüsusi tələblər Ali təhsil (İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə);Sistem mühəndisliyi, Virtualizasiya mühəndisliyi istiqamətində 2-3 il iş təcrübəsi;Virtualizasiya: VMware vSphere, Hyper-V, platformaları ilə işləmə bacarığı, virtualizasiya ilə bağlı dərin biliklər;Backup və replikasiya texnologiyaları: Veeam Backup & Replication, Zerto, VMware Site Recovery Manager (SRM), Microfocus Data Protector həlləri ilə bilik və təcrübə;Linux əməliyyat sistemləri: RHEL, Ubuntu, CentOS, Debian idarəetməsi və optimizasiyası;Şəbəkə texnologiyaları və ümumi şəbəkə bilikləri: VLAN, Routing, VPN, Firewall, Load Balancing və şəbəkə təhlükəsizliyi;Server və storage avadanlıqları: Fiziki serverlər və storage sistemlərinin konfiqurasiyası və idarə olunması;SAN switch konfiqurasiyası: SAN Switch-lərinin konfiqurasiyası, zoning və fiber channel şəbəkələrinin idarə edilməsi;Monitorinq alətləri: Zabbix, OPManager, AppManager, PRTG, Grafana, Prometheus ilə sistemlərin və şəbəkələrin monitorinqi;İdarəetmə və avtomatlaşdırma alətləri: ManageEngine ailəsinə aid məhsullar (Endpoint Central, , ADManager və s.) və ya digər idarəetmə sistemləri;Problemləri həll etmə və analitik düşünmə qabiliyyəti;Daxili və xarici müştərilərlə peşəkar ünsiyyət və texniki dəstək göstərmə bacarığı;Komanda ilə işləmə və effektiv ünsiyyət bacarıqları.İş rejimi: Növbəli qrafik əsasında
Şirkət haqqında
AzInTelecom
IT Services and IT Consulting · Baku
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzInTelecom" MMC güclü və təhlükəsiz bulud həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik təmin edən rəqəmsal platformalar, kibertəhlükəsizlik həlləri, İT konsultasiya və monitorinq xidmətləri təklif edir. “AzInTelecom” tərəfindən yaradılmış SİMA Rəqəmsal Həllər Platforması rəqəmsal xidmətləri əlçatan edir. Platformaya daxil olan SİMA yeni nəsil rəqəmsal imza mobil tətbiq vasitəsilə tez və rahat əldə edilir, əlavə sənədlər və növbələrə ehtiyac yoxdur. Azərbaycanın ən böyük bulud provayderi olan AzInTelecom müasir Data Mərkəzləri vasitəsilə dövlət və özəl qurumlara çeşidli bulud xidmətləri təqdim edir. Eyni zamanda kiçik və orta qurumlar, eləcə də fərdlər üçün AzInCloud platforması üzərindən bulud xidmətləri göstərilir. AzInTelecom həmçinin şirkətlərə informasiya təhlükəsizliyi üzrə xidmətlər təklif edir, təhlükəsizlik yoxlamalarını həyata keçirir, kiberhücumlar zamanı boşluqları aşkarlayır və onların aradan qaldırılmasına dəstək verir. Həmçinin, ölkəyə gətirilən mobil cihazların qeydiyyatını həyata keçirir və İMEİ kodların klonlanmasına qarşı mübarizə aparır. AzInTelecom mobil operatorlar tərəfindən vətəndaşlara mobil nömrələrin satılması prosesini tənzimləyir. Vahid nömrə satışı adlanan bu xidmət çərçivəsində satılan mobil nömrələrlə bağlı məlumatlar vahid bazada toplanır.