Su təchizatı və su təmizləmə sistemləri üzrə mütəxəssis

TAİS İKF

Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 iyul 2026
Dillər
English, Russian
Son tarix
21 avqust 2026

Vakansiya haqqında

TAİS-İKF MMC komandamıza məsuliyyətli və təcrübəli “Su təchizatı və su təmizləmə sistemləri üzrə mütəxəssis” axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Müştəri obyektlərinə baxış keçirmək və mövcud su təchizatı sistemini qiymətləndirmək
  • Suyun istifadə məqsədini, sərfiyyatını, təzyiqini və obyektin texniki şərtlərini müəyyən etmək
  • Su analizinin nəticələrinə və obyektin ehtiyaclarına əsasən uyğun BWT həllərinin seçilməsində iştirak etmək
  • Filtrasiya, su yumşaltma və digər su təmizləmə sistemləri üzrə texniki hesablamalar aparmaq
  • Avadanlığın məhsuldarlığını, gücünü və tələb olunan konfiqurasiyanı müəyyən etmək
  • Su təchizatı və avadanlığın qoşulması üzrə texniki sxem və spesifikasiyalar hazırlamaq
  • Kommersiya təkliflərinin texniki hissəsinin hazırlanmasında satış komandasına dəstək göstərmək
  • Layihə, satış, təchizat və servis komandaları ilə koordinasiyalı işləmək
  • Quraşdırma işlərinin hazırlanmış texniki həllə uyğun həyata keçirilməsinə nəzarət etmək

Namizədə tələblər:

  • Su təchizatı, mühəndis kommunikasiya sistemləri və ya müvafiq mühəndislik istiqaməti üzrə ali təhsil
  • Su təchizatı sistemlərinin layihələndirilməsi və texniki hesablanması üzrə biliklər
  • Su sərfiyyatı, təzyiq, boru xətləri, filtrasiya və su təmizləmə prinsipləri haqqında biliklər
  • Texniki sxem, layihə və avadanlıq spesifikasiyaları ilə işləmək bacarığı
  • AutoCAD proqramında işləmək bacarığı
  • MS Excel və texniki hesablama proqramlarında işləmə bacarığı
  • Analitik düşüncə, texniki məsələlərin təhlili və həlli, həmçinin əlaqəli şöbələrlə koordinasiyalı işləmək bacarığı
  • İngilis və ya rus dili biliyi üstünlük hesab olunur

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş rejimi
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
  • İş yeri: TAİS-İKF MMC

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsindəSu təchizatı və su təmizləmə sistemləri üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Şirkət haqqında

TAİS İKF
İnzibati və dəstək xidmətləri, Təmizlik xidmətləri · Baku

TAİS İKF MMC şirkəti 1994-cü ildən etibarən catering və dəstək xidmətləri (təmizlik, pest control, housekeeping, maintenance və s.) göstərir. Şirkət respublika miqyaslı bir sıra mühüm tədbirlərin qida təminatı, təmizlik və housekeeping xidmətlərini uğurla həyata keçirmişdir. Bunlara aşağıdakılar daxildir: Eurovision Song Contest 2012 2015 European Games 2017 Islamic Solidarity Games Bundan əlavə, şirkət BP Azerbaijan və Trans-Anatolian Natural Gas Pipeline (TANAP) layihələri üzrə keçirilən tenderlərin qalibi olmuşdur.

TAİS İKF — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Su təchizatı və su təmizləmə sistemləri üzrə mütəxəssis
Müraciət et