Preventive MaintenanceTechnical DocumentationEnergy Management
Yerləşmə
Ağcabədi
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 iyul 2026
Dillər
Azerbaijani, Russian
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Zavodun istehsalat avadanlıqları və mühəndis-kommunikasiya sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək;Texniki xidmət, profilaktik baxış və təmir işlərini planlaşdırmaq və icrasına nəzarət etmək;Avadanlıqlarda yaranan nasazlıqların operativ aradan qaldırılmasını təşkil etmək;Yeni avadanlıqların quraşdırılması və istismara verilməsi prosesini koordinasiya etmək;Texniki sənədləşmənin düzgün aparılmasını və enerji resurslarından səmərəli istifadəni təmin etmək;Texniki heyətin fəaliyyətini idarə etmək, iş bölgüsünü təşkil etmək və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək;Ehtiyat hissələri və texniki materiallara olan tələbatı müəyyənləşdirmək, aidiyyəti şöbələrlə əməkdaşlıq etmək;Zavodun texniki inkişafı, modernləşdirilməsi və xərclərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq;Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək və verilən digər tapşırıqları icra etmək. Xüsusi tələblər Mexanika, Elektrik mühəndisliyi, Mexatronika və ya əlaqəli ixtisas üzrə ali təhsil;İstehsalat müəssisəsində texniki rəhbər vəzifəsində minimum 5 il iş təcrübəsi;İstehsalat avadanlıqları, texniki xidmət və profilaktik təmir prosesləri üzrə bilik və təcrübə;Komandanı idarəetmə, planlaşdırma və operativ qərarvermə bacarığı;MS Office proqramlarından sərbəst istifadə bacarığı;Azərbaycan dilini mükəmməl bilmək, rus dili biliyi üstünlükdür;Məsuliyyətli, liderlik və analitik düşünmə qabiliyyətinə malik olmaq.İş şəraiti:İş yeri: Ağcabədi rayonu;6 günlük iş qrafiki (qısaldılmış);Əmək haqqı: razılaşma yolu ilə;Nahar: şirkət tərəfindən qarşılanır;Rayon və ətraf kəndlərə servis xidməti mövcuddur;İşçiyə ailəsi ilə yaşamağa ev verilir.Uyğun olan namizədlərdən CV [email protected] e-mail ünvanına göndərməkləri xahiş edilir. Diqqətiniz üçün təşəkkürlər. Müraciət etmək üçün: [email protected]
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Team LeadershipTechnical DocumentationReporting
Construction ManagementBudget ManagementAutoCAD
Construction ManagementAutoCADContractor Coordination

