Məhsulların qəbulunu, yerləşdirilməsini və sifarişlərin yığılmasını təşkil edir, anbar işini idarə edir.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Operator və anbar əməkdaşlarının işini təşkil etmək, iş yerlərinin optimal sayda əməkdaşla təmin olunmasına nəzarət etmək.
- Malların qəbulu, yerləşdirilməsi, çeşidlənməsi, saxlanması və yüklənməsi proseslərinə rəhbərlik etmək və proseslərdə birbaşa iştirak etmək.
- Malların vaxtında qəbulu və yüklənməsini, həmçinin sifarişlərin düzgün və operativ icrasını təmin etmək.
- Anbar əməkdaşlarının işə davamiyyəti, iş vaxtından səmərəli istifadəsi və boşdayanma hallarına nəzarət etmək.
- Anbar üzrə inventarizasiyalarda iştirak etmək, aşkar edilmiş fərqlərlə bağlı müvafiq izahat və məlumatları təqdim etmək.
- Anbar daxilində əmək və istehsalat intizamına, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
- Anbar ərazisinə kənar şəxslərin girişinin qarşısını almaq və müəyyən edilmiş giriş qaydalarına nəzarət etmək.
- Anbar üzrə mal hərəkəti ilə bağlı məlumatların sistemlərdə düzgün və vaxtında işlənməsini təmin etmək.
- Mədaxil və məxaric sənədlərinin düzgün rəsmiləşdirilməsinə və təhvil verilməsinə nəzarət etmək.
- Müəyyən edilmiş hesabatları hazırlamaq və rəhbərliyə vaxtında, dəqiq məlumat təqdim etmək.
- Şirkətin daxili standart, qayda, təlimat və biznes-prosedurlarına uyğun fəaliyyət göstərmək.
- Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtında icra etmək.
- İş proseslərinin və malların yerləşdirilməsinin səmərəliliyinin artırılması ilə bağlı rəhbərliyə təkliflər vermək.
- Anbar əməkdaşlarının peşəkar inkişafına dəstək olmaq və iş proseslərinin təkmilləşdirilməsini təmin etmək.
Tələblər:
- Anbar, logistika və ya fulfilment sahəsində 1–2 il iş təcrübəsi;
- Komanda idarəetməsi və əməkdaşların iş bölgüsünü aparmaq bacarığı;
- Anbar prosesləri: qəbul, yerləşdirmə, picking, packing, çeşidləmə vəsifarişlərin yığılması barədə anlayış;
- Gündəlik iş planının hazırlanması və tapşırıqların komandaya düzgünbölüşdürülməsi;
- Sifarişlərin vaxtında və düzgün hazırlanmasına nəzarət;
- KPI və performans göstəricilərini izləmək və nəticələri təhlil etmək bacarığı;
- İşçilərin davamiyyətinə, intizamına və əməyin təhlükəsizliyi qaydalarına nəzarət;
- Anbar qalıqlarının və məhsul hərəkətinin düzgünlüyünə nəzarət;
- Problemləri operativ müəyyən etmək və həll etmək bacarığı;
- Gərgin və intensiv iş şəraitində işləyə bilmək;
- Komanda ilə effektiv ünsiyyət və liderlik bacarığı;
- MS Excel və anbar idarəetmə sistemləri (WMS) ilə işləmək bacarığı üstünlükdür;
- Azərbaycan dili – rus dili yaxşı səviyyədə; ingilis dili bilmək üstünlükdür;
- Növbəli iş qrafikində işləməyə hazır olmaq.
Əmək haqqı 1000-1300 Azn (Net)
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Anbar müdiri üzrə bazar adətən 900–1 500 ₼ ödəyir, median — 1 050 ₼.
19 açıq vakansiya, 22 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Anbar müdiri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Anbar, logistika və ya fulfilment sahəsində 1-2 il iş təcrübəsi tələb olunur.
Növbəli iş qrafikində işləmək tələb olunur.
Əmək haqqı 1000-1300 manat (net) aralığındadır.
Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməlidir, ingilis dili üstünlükdür.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAnbar müdiri üzrə Bakıda digər açıq elanlar.
Anbar əməliyyatlarını idarə edir, ERP və inventar nəzarətində təcrübə tələb olunur.
Məhsulların anbara giriş-çıxışını idarə edir və stok səviyyələrini təhlil edir.
Anbar işini idarə edir, məhsul çeşidlərini və stok idarəetməsini bilir.


