Bina sistemlərinin texniki xidmətini həyata keçirir və mexaniki avadanlıqları təmir edir.
Vakansiya haqqında
PAŞA Property Management “ İstismar xidmətləri üzrə texnik (mexanik)” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- Binanın mexaniki sistemlərinin gündəlik istismarı, monitorinqi və texniki vəziyyətinə nəzarətin həyata keçirilməsi;
- HVAC sistemlərinin (AHU, FAHU, FCU, Ventilyasiya sistemləri, Chiller, İstilik dəyişdiriciləri və əlaqəli avadanlıqlar) istismar və texniki xidmət işlərinin yerinə yetirilməsi;
- Su təchizatı, kanalizasiya, drenaj, yağış suyu sistemləri, hidrofor və nasos stansiyalarının işlək vəziyyətdə saxlanılması;
- İstilik və soyutma sistemlərinin, kollektorların, balanslaşdırıcı və tənzimləyici armaturaların yoxlanılması və servis işlərinin aparılması;
- Nasoslar, elektrik mühərrikləri, ekspansion çənlər, filtr sistemləri və digər mexaniki avadanlıqların müntəzəm baxışının keçirilməsi;
- Mexaniki avadanlıqlarda yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- Planlı profilaktik texniki xidmət işlərinin icrası və aidiyyəti qeydlərin aparılması;
- Qəza və fövqəladə hallara operativ müdaxilə edilməsi;
- Texniki otaqların, avadanlıqların və iş sahələrinin səliqəli və təhlükəsiz vəziyyətdə saxlanılması;
- Təmir və texniki xidmət işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunması.
Şirkət haqqında
PAŞA Property Management — premium daşınmaz əmlakın idarə edilməsi sahəsində aparıcı şirkətdir. Biz lüks sinif yaşayış və kommersiya obyektlərinin idarə edilməsi sahəsində yüksək keyfiyyətli xidmət təklif edirik.
PASHA Property Management — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Bankomat və terminallarda texniki dəstək göstərmək və Windows OS qurmaq.
Elektronika üzrə kiçik mütəxəssis kimi elektron sistemlərin diaqnostikası və təmiri üzrə bilik tələb olunur.


