Vakansiya haqqında

Bu vakansiya elektronika sahəsində karyerasını inkişaf etdirmək istəyən yeni məzunlar və ya az iş təcrübəsinə malik namizədlər üçün nəzərdə tutulub. Əgər elektronika üzrə nəzəri bilikləriniz varsa, lakin praktiki təcrübə qazanmaq imkanı əldə etməmisinizsə və ya mövcud təcrübənizi daha da inkişaf etdirmək istəyirsinizsə, bu vakansiya sizin üçün əla fürsətdir. İş yerində Baş elektronika mütəxəssisinin rəhbərliyi altında çalışaraq real iş təcrübəsi qazanacaq və peşəkar biliklərinizi inkişaf etdirəcəksiniz.

Vəzifə öhdəlikləri:

  • Baş elektronika mütəxəssisinin gündəlik fəaliyyətinə dəstək göstərmək;
  • Velosiped və skuterlərin elektron sistemlərinin diaqnostikası, texniki baxışı və təmiri prosesində iştirak etmək;
  • Elektron komponentlərin yoxlanılması, sazlanması və dəyişdirilməsində iştirak etmək;
  • Alət və avadanlıqlardan düzgün istifadə etmək;
  • Təhlükəsizlik qaydalarına və daxili prosedurlara riayət etmək.

Tələblər:

  • Elektronika, elektromexanika və ya digər uyğun texniki ixtisas üzrə ali və ya orta ixtisas təhsili (diplom mütləqdir);
  • Elektronika sahəsi üzrə nəzəri biliklərə malik olmaq;
  • Rus dili biliyi mütləqdir;
  • Yeni məzunlar və ya az iş təcrübəsinə malik namizədlər müraciət edə bilərlər;
  • Məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli olmaq;
  • Komandada işləmək bacarığı.

İş şəraiti:

  • 6 günlük iş qrafiki: həftənin 5 günü – 09.00-17.00, / 6-cı gün qısaldılmiş- 09.00-13.00
  • Baş elektronika mütəxəssisinin rəhbərliyi altında praktiki təlim;
  • Peşəkar inkişaf və real iş təcrübəsi qazanmaq imkanı;
  • Karyera inkişafı perspektivi;
  • Əmək haqqı bilik və bacarıqlara əsasən müəyyən edilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Elektronika üzrə kiçik mütəxəssis" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

Yerləşmə
Azərbaycan
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 avqust 2026
Dillər
Russian
Son tarix
24 sentyabr 2026

Şirkət haqqında

Apar (Bike-Sharing Startup)
Consumer Services · Baku
Apar (Bike-Sharing Startup) — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

1 500–2 000

Hibrid avtomobillərin diaqnostikası və təmiri üzrə işləyir, elektrik və elektronika bilikləri tələb olunur

DiagnosticsRepairElectrical Systems Knowledge
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib

Avtomatika üzrə mütəxəssis PLC, SCADA və HMI sistemləri üzrə bilik və təcrübə tələb edir.

Technical DocumentationFood Safety StandardsPLC programmingFunctional Testing+8
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Elektronika üzrə kiçik mütəxəssis
Müraciət et