Biznes proseslərinin təhlili, optimallaşdırılması və avtomatlaşdırılması üzrə mütəxəssisdir.
Vakansiya haqqında
Tələblər:
- İqtisadiyyat, biznesin idarəedilməsi və İT sahəsi üzrə ali təhsil (yeni bakalavr/magistr məzunları və ya magistrant);
- Azərbaycan dilində səlis yazı və danışıq, ingilis, türk, rus dili biliklərinə üstünlük verilir;
- Ofis proqramlarında işləmək bacarığı (xüsusilə Word, Excel və PowerPoint);
- Bank prosesləri və bank qanunvericiliyi barədə ümumi məlumatlı olmaq;
- Yeni alətləri və metodologiyaları sürətlə mənimsəmək istəyi;
- Məlumatı toplamaq və təhlil etmək bacarığı / Analitik düşüncə / Təqdimetmə bacarığı / Komanda ilə işləyə bilmək, effektiv ünsiyyət qurmaq bacarığı.
Cavabdehlik:
- Bankın iş axışlarının/proseslərinin sənədləşdirilməsi;
- Bank proseslərinin yerli qanuvericiliyin tələbləri və struktur bölmələrin təklifləri əsasında yazılması;
- Prosedur Sənədlərin bankın aidiyyəti strukturları ilə razılaşdırılması və təsdiqə yönləndirilməsi;
- İT qrupları ilə birlikdə kiçik istək/orta ölçülü layihə/ böyük ölçülü layihə sinifləşdirməsini həyata keçirmək;
- Qanunvericiliyə riayət üzrə proses dəyişikliklərində təşəbbüslə çıxış etmək, dəyişikliyin banka təsir təhlilini bankın strukturlarının dəstəyini alaraq aparmaq və texniki dəyişikliklər üçün IT ilə koordinasiyalı planlaşdırma işlərini həyata keçirmək;
- Orta və böyük ölçülü sistem tələblərini “business hub” prinsipinə uyğun yaratmaq (ətraflı proses təhlili, biznes qərarları, digər layihə və proseslərlə qarşılıqlı əlaqələr, müştəri və satış/əməliyyata olan təsirlərini təhlil etmək);
- Məsul olduğu prosedur sənədləri üçün, “business impact” - in və “business case” - in yaradılaraq, layihələrin təsir etdiyi struktur bölmələrin digər tələblərini gözdən keçirmək və bir-biri ilə olan əlaqələrini və ziddiyyətlərini müəyyənləşdirmək;
- Bank sistemləri üzrə istifadəçilər (user-lər) yaratmaq, user-lərə müvafiq səlahiyyətlər vermək, dəyişdirmək və ləğv etmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Yapı Kredi Bank Azərbaycan QSC 11 Yanvar 2000-ci il tarixində Koçbank Azərbaycan LTD adı ilə Azərbaycan Respublikası Milli Bankından 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almışdır.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
İş saatları və günləri barədə məlumat verilməyib.
İqtisadiyyat, biznesin idarəedilməsi və ya İT sahəsi üzrə ali təhsil tələb olunur.
Ofis proqramlarında, xüsusilə Word, Excel və PowerPoint-də işləmək bacarığı tələb olunur.
Azərbaycan dilində səlis yazı və danışıq, ingilis, türk və rus dillərinə üstünlük verilir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBiznes proseslərinin təkmilləşdirilməsi mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Proseslərin avtomatlaşdırılması üzrə texniki işləri görür və SQL, BPMN 2.0 biliklərinə malikdir.
Mal-materialların izlənməsi və hesabatların hazırlanması üçün 1C proqramını bilmək tələb olunur.
Müştəri sorğularını idarə edir, satışları dəstəkləyir və CRM-də məlumatları qeyd edir.



