Yoldəyişdiricilərin texniki vəziyyətini yoxlayır və təhlükəsiz hərəkəti təmin edir.
Vakansiya haqqında
Təsvir
- İş rejimi: Gündəlik;
- Gündəlik olaraq görüləcək təmir işləri, iş yeri, istehsalat işlərinin təhlükəsizlik qaydaları haqqında müvafiq rəhbərdən cari təlimat almaq və təlimat alınması barədə müvafiq jurnalı imzalamaq;
- İşə başlamazdan əvvəl iş alətlərinin və mühafizə vasitələrinin yararlığını yoxlamaq;
- İş yerinə getmə və qayıtma marşurutuna əsasən görüləcək işin tərkibindən asılı olaraq yolun üst quruluşu materiallarını (yoldəyişən qurğu və onun elementləri, tipindən asılı olaraq, relslər, şpallar, tirlər, bağlayıcılar), iş alətlərini yükləmək və boşaldmaq;
- Məsafədən asılı olaraq iş alətlərini və materialları yol vaqoncuğu və ya drezinlə daşımaq;
- Materialların drezinə yüklənməsi zamanı kranla işləmək üçün ilməkçiləri, yolda işləyən zaman yolu çəpərləmək üçün siqnalçıları təyin etmək;
- Standartlara uyğun olaraq yolda əsaslı, orta və cari təmir işlərini (yoldəyişənlərin və ya elementlərinin, relslərin, şpalların, bağlayıcıların yenisi və ya nisbətən yararlısı ilə əvəz edilməsi, bərkidilməsi, yolun qaldırılması, şpalların altının döyülməsi) yerinə yetirmək, diaqnostik vaqonun nəticələrinə əsasən rels xətlərinin bir birinə nisbətini, yolun planda səviyyəsini ölçmək, darlıq və genlikləri, şaquli təkanları aradan qaldırmaq;
- Körpü və süni qurğular üzrə yol montyorları tərəfindən körpülərdə, su ötürücü qurğularda təmir işlərini, axının qarşısını alan tullantıların, ot və alaqların təmizlənməsi işlərini yerinə yetirmək;
- Elektrik alətlərlə işləyən zaman təhlükəsizlik qaydalarına riayət etmək və alətlərdə yaranan nasazlıqlar barədə iş rəhbərinə məlumat vermək.
Tələblər
- Təhsil pilləsi: Ümumi orta təhsil;
- Fiziki işdə çalışmaq bacarığı;
- Dəqiqlik və məsuliyyətlilik;
- Dəmiryolunun quruluşu haqqında məlumatlılıq üstünlükdür.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Yerləşmə
Lənkəran
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
18 noyabr 2026
Son tarix
13 dekabr 2026
Baxış
120
Şirkət haqqında
Azərbaycan Dəmir Yolları
Rail Transportation · 10,001+ · Bakı
Cəmiyyət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş rejimi gündəlikdir.
İş yeri Lənkəran rayonunun Liman şəhəridir.
Ümumi orta təhsil tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarDəmir yolu təmir texniki üzrə Lənkəranda digər açıq elanlar.
Maaş göstərilməyib
Attention to DetailVerbal CommunicationProfessional Caution
