Vakansiya haqqında

Namizədə aid tələblər:

  • Orta ixtisas və ya orta təhsilli olması;
  • Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
  • Səlis azərbaycan dili bilikləri;
  • Komandada işləmək bacarığı;
  • Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik;
  • Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı;
  • Rəhbərliyin əmrlərinin vaxtında və düzgün icrası;
  • Stressli və fövqəladə vəziyyətlərdə operativ qərarvermə bacarığı;
  • Kamera nəzarət sistemləri üzrə ilkin bilik və ya təcrübə üstünlükdür;
  • AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.

Əsas vəzifə öhdəlikləri:

  • Növbəli iş qrafikinə uyğun olaraq iş yerinə vaxtında gəlmək, növbəni daxili qaydalara əsasən qəbul etmək və təhvil vermək;
  • Əməkdaşların, qonaqların və ziyarətçilərin anbar ərazisinə giriş-çıxışına nəzarət etmək və qeydiyyatını aparmaq;
  • Əməkdaşların, qonaqların və ziyarətçilərin giriş-çıxışı zamanı nəqliyyat vasitələrinin yoxlanılmasını təmin etmək;
  • Giriş və çıxış zamanı şəxsi çanta, paket və digər əşyaların yoxlanılmasını həyata keçirmək;
  • Şübhəli hallarda şəxslərin üst geyimlərinə və ciblərinə baxış keçirmək;
  • Qonaqların anbar ərazisində təhlükəsiz və nizamlı şəkildə istiqamətləndirilməsini, zərurət yarandıqda isə müşayiət olunmasını təmin etmək;
  • Anbar ərazisində yerləşən maddi dəyərlərin qorunmasını təmin etmək və daimi nəzarətdə saxlamaq;
  • Gündəlik təhlükəsizlik jurnallarının qeydiyyatını aparmaq və növbə üzrə hesabatları hazırlamaq;
  • Anbar ərazisində təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Növbə təhvil-təslim zamanı məlumatların tam və dəqiq ötürülməsini təmin etmək;
  • Aşkar edilmiş pozuntular, şübhəli və təhlükə yaradan hallar barədə rəhbərliyə operativ məlumatı təqdim etmək, ilkin tədbirlər görmək;
  • Münaqişəli vəziyyətlərin qarşısını almaq, yaranmış halları qanunvericiliyə və daxili qaydalara uyğun şəkildə nəzarətdə saxlamaq;
  • Növbə zamanı baş verən hadisələr və görülən işlər barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək;
  • Zərurət yarandıqda kamera nəzarət sistemləri vasitəsilə ərazinin monitorinqini həyata keçirmək və şübhəli halları izləmək;
  • Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtlı-vaxtında və dəqiq icra etmək.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Növbəli iş rejimi, (1 gün iş / 1 gün istirahət);
  • İş yeri – Xırdalan şəhəri,anbar;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Xırdalan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 oktyabr 2026
Dillər
Azerbaijani
Son tarix
14 noyabr 2026
Baxış
103

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Dispetçer üzrə bazar adətən 475–900 ₼ ödəyir, median — 550 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

12 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Dispetçer kimi öz maaşını yoxla

Şirkət haqqında

GFC MMC
Restaurants · Baku
GFC MMC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri Xırdalan şəhərində anbar ərazisidir.

Növbəli iş rejimidir: 1 gün iş, 1 gün istirahət.

Minimum 2 il müvafiq sahədə iş təcrübəsi tələb olunur.

Namizəd səlis Azərbaycan dili bilməlidir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Dispetçer üzrə Xırdalanda digər açıq elanlar.

GPS üzrə operator
Junior · 1+ ilBakı
800–1 000₼

Nəqliyyat vasitələrinin GPS izlənməsi və hesabatların hazırlanması üçün minimum 1 il təcrübə tələb olunur.

Report PreparationGPS MonitoringVehicle trackingMicrosoft Office
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Az - Granata LLC
Middle · 1+ ilBakı
900₼

Nəqliyyat vasitələrinin hərəkətini və sürücülərin işini planlaşdırır, koordinasiya edir, logistika bilikləri tələb olunur.

LogisticsTransportation CoordinationReport PreparationRoute Planning+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə

Dispetçer

400₼

Nəqliyyat dispetçeri kimi işləri idarə edir, təcrübə tələb olunmur.

Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
400₼

Nəqliyyat vasitələrinin GPS izlənməsini idarə edir və sürücü reyslərini 1C və Excel proqramlarında qeyd edir.

Report PreparationTeamworkGPS TrackingMicrosoft Excel+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Anbar növbətçisi
Müraciət et