Şirkətin onlayn satışını idarə edir, satış bacarığı və müştəri əlaqələri tələb olunur.
Vakansiya haqqında
Transformers Azerbaijan komandamıza onlayn satış və sosial media istiqamətində çalışacaq, ünsiyyətcil və məsuliyyətli əməkdaş axtarıq.
Vəzifə öhdəlikləri
- Instagram, TikTok və digər onlayn kanallardan daxil olan müştəri müraciətlərinin cavablandırılması;
- Müştərilərə məhsullar, qiymətlər və xüsusiyyətlər barədə düzgün məlumat verilməsi və satışın həyata keçirilməsi;
- Onlayn sifarişlərin qəbul edilməsi, qeydiyyatı və izlənilməsi;
- Müştərilərlə peşəkar, nəzakətli və satış yönümlü ünsiyyətin qurulması;
- Məhsulların sosial media üzərindən satışının təşkilində iştirak;
- Ehtiyac olduqda Instagram Reels, TikTok və digər sosial platformalar üçün məhsulların qısa videolu təqdimatlarının hazırlanmasında və çəkilişlərdə iştirak;
- Kamera qarşısında məhsulların sadə, səlis və maraqlı formada təqdim edilməsi;
- Satış və gündəlik ofis işlərinin kompüter üzərindən aparılması;
- Ofis daxilində komanda ilə koordinasiyalı işləmək.
Namizədə tələblər
- Azərbaycan dilində sərbəst və səlis danışıq;
- Rus dili biliyi üstünlükdür;
- Satış və müştəri ilə ünsiyyət bacarığı;
- Kompüter və internetdən sərbəst istifadə bacarığı;
- Instagram, TikTok və digər sosial media platformaları haqqında anlayış;
- Kamera qarşısında sərbəst danışmaq və məhsul təqdim etmək bacarığı;
- Ünsiyyətcil, məsuliyyətli və punktual olmaq;
- Komandada işləmək bacarığı;
- Öyrənməyə və inkişaf etməyə açıq olmaq.
- Satış və ya onlayn satış sahəsində əvvəlki iş təcrübəsi üstünlükdür.
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi – Cümə: 10:30–18:00
- Şənbə: 10:00–13:00
- Bazar: istirahət günü
- Əməkhaqqı: 500 AZN + satış nəticələrinə əsaslanan bonus
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Bazar ertəsi – Cümə: 10:30–18:00, Şənbə: 10:00–13:00, Bazar istirahət günüdür.
Əməkhaqqı 500 N + satış nəticələrinə əsaslanan bonus təklif olunur.
İş yeri Bakı şəhərindədir.
Satış, müştəri ilə ünsiyyət, sosial media platformaları və kompüter bacarıqları tələb olunur.
Azərbaycan dilində sərbəst danışıq, Rus dili biliyi üstünlükdür.
Namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarE-ticarət üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
E-ticarət və marketplace kanallarını idarə edir, analitik düşüncə və satış təcrübəsi tələb olunur.
Ofis işlərini təşkil edir, sənəd mübadiləsini aparır və MS Office proqramlarını bilir.
Müştərilərin zəng və mesajlarını cavablandırır, məhsullar barədə məlumat verir, sürətli klaviatura yazısı tələb olunur.



