AuditingAnalytical ThinkingEnvironmental Compliance
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
9 iyul 2026
Dillər
Azerbaijani, English
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Ekoloji layihələrin planlaşdırılması, icrası və monitorinqinin idarə olunmasını təmin etmək, layihələrin ekoloji qanunvericiliyin, beynəlxalq standartların, o cümlədən ISO14001 standartının və normativ-texniki sənədlərin tələblərinə uyğun həyata keçirilməsinə nəzarət;Ətraf mühitin idarə olunması sahəsində prosedurların, proqramların və təkmilləşdirmə planlarının hazırlanmasını və icrasını təşkil etmək; Ətraf mühitin idarəetmə sisteminə daxil olan proses və prosedurların vahid şəkildə idarə olunmasını təmin etmək və sistemin davamlı təkmilləşdirilməsini həyata keçirmək; Ekoloji riskləri müəyyənləşdirmək, risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər hazırlamaq və onların icrasına nəzarət etmək; Dekarbonizasiya sahəsində müəssisənin öhdəliklərinin yerinə yetirilməsini koordinasiya etmək və müvafiq təşəbbüslərin icrasını təmin etmək;Ətraf mühitlə bağlı insidentlər zamanı fövqəladə hallar və kommunikasiya planlarının hazırlanmasında, insidentlərin araşdırılmasında və təsirlərin aradan qaldırılması tədbirlərində iştirak etmək;Ekoloji iş və xidmətlər üzrə podratçı təşkilatların fəaliyyətinə nəzarət; Dövlət ekoloji ekspertizasına aid tikinti və qazma layihələri üzrə ƏMTQ sənədlərinin hazırlanmasını və ekoloji ekspertiza rəylərinin alınmasını təşkil etmək, həmçinin layihələrin icrası zamanı ekspertiza rəylərində nəzərdə tutulan tələblərin yerinə yetirilməsinə nəzarət; Ətraf mühitə təsirlərin qiymətləndirilməsi məqsədilə ekoloji monitorinqlərin aparılmasını və hesabatların hazırlanmasını təşkil etmək, aşkar olunmuş uyğunsuzluqlar üzrə tədbirlər planlarının hazırlanmasına və icrasına nəzarət; Ətraf mühitin mühafizəsi sahəsində əsas performans göstəricilərini (KPI) və davamlı təkmilləşdirmə hədəflərini müəyyənləşdirmək və icrasını izləmək. Xüsusi tələblər Ekologiya, Kimya mühəndisliyi, ətraf mühit elmləri üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür)Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsiƏMTQ, ekoloji monitorinq, tullantıların idarə olunması və dekarbonizasiya layihələri üzrə praktiki biliklərAzərbaycan Respublikasının ekoloji qanunvericiliyi, beynəlxalq standartlar, ekoloji qayda və tələblər barədə müfəssəl biliklər;Ekoloji idarəetməsi üzrə sertifikatlar (məsələn, İSO 14001) zəruridir.Layihə risklərinin idarə edilməsi və podratçı fəaliyyətinə nəzarət sahəsində təcrübəMəlumatların təhlili, nəticələrin qiymətləndirilməsi və strateji fəaliyyət planlarının hazırlanması bacarığıTəqdimatların hazırlanması və keçirilməsi, iclas və müzakirələrin effektiv idarə edilməsi bacarığı
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
ArcGISISO 14001Environmental Monitoring
AuditWaste ManagementEnvironmental Protection
Environmental MonitoringISO 14001Waste Management

