Qısa və uzunmüddətli planlama proseslərini hazırlayır, MS Excel və planlama proqramlarını bilir.
Vakansiya haqqında
Lokasiya: Bakı şəhəri (bütün restoran şəbəkəsi üzrə səfərlərlə)
“PJA” MMC xidmət sektorunda beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli xidmət göstərən bir neçə populyar franshiza brendini özündə birləşdirir. Birləşdirici korporativ idarəetmə sayəsində hər bir brendin unikallığını qoruyaraq, onlara güclü operativ dəstək, mərkəzləşdirilmiş resurslar və səmərəli idarəetmə təmin edən sektorun xüsusi fərqlənin aparıcı şirkətlərindəndir.
Vəzifə öhdəlikləri:
- Restoran şəbəkəsinin bütün filiallarının gündəlik əməliyyat fəaliyyətinə nəzarət və effektiv idarəetmə;
- Franchisor tərəfindən müəyyən edilmiş QSC (Keyfiyyət, Xidmət, Təmizlik) standartlarının tam yerinə yetirilməsini təmin etmək;
- Restoran menecerlərinin fəaliyyətini koordinasiya etmək, onların peşəkar inkişafına dəstək olmaq və motivasiya proqramları tətbiq etmək;
- Müştəri məmnunluğunu təmin etmək, müştəri rəylərini təhlil etmək və xidmət səviyyəsinin yüksəldilməsi üzrə təkliflər verərək razılaşdırılmış tədbirlər görmək;
- Sahəsi üzrə təhlillər aparmaq uyğunsuzlqular barədə rəhbərliyə məlumat verərək həll yolları barədə təklifllər hazırlamaq
- Restoranların iş prosesində səmərəliliyi artırılması üçün səy göstərmək.
- Restoranların iş qrafikinin planlaşdırılması və əmkdaşların iş keyfiyyətlərinin qiymətləndirilməsinə iştirak etmək,aidiyyatı üzrə təkliflər vermək.
- HACCP həmçinin digər yerli və beynəlxalq sanitariya və qida təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək.
Namizəddən gözləntilər:
- Restoran və ya qidaçılıq sahəsində minimum 5 illik təcrübə, bunun ən azı 2 ili çoxfiliallı şəbəkədə rəhbər vəzifədə işləmək
- Franchiza sistemlərinin iş prinsiplərinə dərindən bələdlik;
- Güclü liderlik və ünsiyyət bacarıqları, böhran anlarında çevik qərar vermə qabiliyyəti;;
- MS Office proqramlarında, xüsusən Excel-də yüksək səviyyədə işləmə bacarığı;
- Ezamiyyətlərə hazır olmaq;.
Bizim təkliflərimiz:
- Rəsmi əmək haqqı
- Rəsmi işə qəbul və tam sosial paket;
- Karyera inkişafı üçün real imkanlar və daxili yüksəliş perspektivləri;
- Dinamik, innovativ və dəstəkləyici komandada çalışma imkanı.
Əgər siz güclü idarəçilik bacarıqlarına, strateji düşüncə qabiliyyətinə və inkişaf hədəflərinə yönəlmiş bir mühitdə çalışmaq istəyirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Əməliyyat Meneceri” qeyd olunmalıdır.
Şirkət haqqında
PJA MMC iaşə xidmətləri sahəsində fəaliyyət göstərən çoxbrendli şirkətdir. Şirkət Papa Johns Azerbaijan, LVIV Şokolad Evi və Bursa Kebap Evi brendləri üzrə idarəetmə və əməliyyat fəaliyyətini həyata keçirir.
PJA MMC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Məhsul və xidmətlərin keyfiyyət standartlarına nəzarət edir, keyfiyyətə nəzarət bilikləri tələb olunur.


