Vakansiya haqqında

Əmək funksiyaları:

  • Müəssisənin gündəlik əməliyyat fəaliyyətini planlaşdırır və koordinasiya edir. (Mağaza, mağaza istehsalat prosesi, mağazanın xidmət prosesləri)
  • Şirkətə məxsus bütün pərakəndə mağazaların gündəlik fəaliyyətinə və satış proseslərinin düzgün icra olunmasına nəzarət etmək, iş saatları və əməliyyat proseslərinin qaydalara uyğun aparılmasını təmin etmək.
  • Mağaza rəhbərlərinin fəaliyyətini koordinasiya etmək.
  • Hər mağaza üzrə satış göstəricilərini izləmək, təhlil etmək və satış planlarının icrasına nəzarət etmək.
  • Satışın artırılması məqsədilə tədbirlər hazırlamaq və məhsulların düzgün yerləşdirilməsi ilə vitrin strategiyasını idarə etmək.
  • Mağaza işçilərinin gündəlik iş fəaliyyətinə nəzarət etmək, iş qrafiklərini və vəzifə bölgüsünü təşkil edib təsdiqləmək.
  • 3Yeni işçilərin adaptasiya prosesini təşkil etmək, həmçinin personalın xidmət keyfiyyətinə və davranış standartlarına əməl etməsinə nəzarət etmək.
  • Mağazalarda məhsul qalıqlarına nəzarət etmək və məhsul sifarişlərinin düzgün planlaşdırılmasını təmin etmək.
  • İnventar və sayım proseslərini təşkil etmək, həmçinin məhsul itkilərinin və zay məhsulların minimuma endirilməsinə nəzarət etmək.
  • Mağazalarda sanitariya və gigiyena qaydalarına, eləcə də qida təhlükəsizliyi standartlarına riayət olunmasına nəzarət etmək.
  • İşçilərin geyim və şəxsi təmizlik qaydalarına əməl etməsini, həmçinin mağazanın ümumi vizual standartlarının qorunmasını təmin etmək.
  • Mağazalarda gündəlik kassa əməliyyatlarına nəzarət etmək, xərclərin plan üzrə icrasını izləmək və mağazalar üzrə gəlir və rentabellik göstəricilərini təhlil etmək.
  • Mağazalar üzrə gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq və satış, stok və əməliyyat göstəriciləri barədə rəhbərliyə mütəmadi məlumat vermək.
  • Mövcud problemlər və inkişaf imkanları ilə bağlı rəhbərliyə təkliflər təqdim etmək.
  • Mağazada istehsal və ya xidmət proseslərinin vaxtında və keyfiyyətlə icrasına nəzarət edir.
  • Mağaza resursların (texniki, maddi) düzgün bölgüsünü təmin edir.
  • Əməliyyat xərclərinə nəzarət edir və optimallaşdırma tədbirləri görür.
  • Mağazada iş proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır.
  • Əməliyyat göstəricilərini təhlil edir və rəhbərliyə hesabat təqdim edir.
  • Mağaza işçilərinin fəaliyyətini təşkil edir, tapşırıqların icrasına nəzarət edir.
  • İşçi intizamına və əmək təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin edir.
  • Müştəri məmnuniyyətinin qorunmasına və xidmət keyfiyyətinin artırılmasına nəzarət edir.
  • Fövqəladə hallarda operativ qərarlar qəbul edir və rəhbərliyi məlumatlandırır.
  • Marketinq aksiyalarının təklif edilməsi
  • Ticarət ərazisinin analizinin təşkili
  • Rəqiblər haqqında məlumatların toplanması və lazım olduğu təqdirdə məlumatların rəhbərliyə ötürülməsi
  • Mağazanın iş saatları çərçivəsində fasiləsiz işinin təşkil edilməsi

Tələblər:

  • Ali təsil
  • Azərbaycan və rus dilində səlis danışıq və yazı bacarığı
  • Ünsiyyət və problem həll etmə bacarığı
  • Stressə davamlılıq və komandada işləmək bacarığı
  • Ofis proqramları ilə işləmə bacarığı

İş şəraiti:

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
  • Karyera inkişaf imkanı
  • Mehriban və peşəkar komanda

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Əməliyyatlar üzrə menecer” qeyd olunmalıdır.

Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
31 avqust 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
1 oktyabr 2026

Şirkət haqqında

Balique 2023 Ltd MMC
Food and Beverage Retail · Baku
Balique 2023 Ltd MMC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Olive Spa Center
Middle · 2–3 ilBakı
Maaş göstərilməyib

Spa mərkəzinin gündəlik işini idarə edir və komanda rəhbərliyi bacarığı tələb olunur

Team ManagementReportingInventory ManagementLeadership+7
Müraciət etAsan müraciətAsan müraciət
Tahiroğlu İnşaat
Manager · 3+ ilBakı
Maaş göstərilməyib

Mağazanın gündəlik fəaliyyətini idarə edir, satış planlarını icra edir və komanda idarəçiliyi bacarığı tələb olunur

Sales ManagementTeam ManagementInventory ManagementERP Software+8
Müraciət et
AZMADE GROUP
ManagerBakı
Maaş göstərilməyib

Metal konstruksiya istehsalını planlaşdırır, anbar işlərini idarə edir və istehsalat proseslərini optimallaşdırır.

AutoCADInventory ManagementMultitaskingProduction Planning+14
Müraciət etAsan müraciətAsan müraciət
Grinvich-MS
Junior · 1+ ilBakı
1 500–2 000

Müştərilərlə əlaqə qurur, satış planlarını icra edir və bazar araşdırması aparır, minimum 1 il təcrübə tələb olunur.

Customer Relationship ManagementMarket ResearchReportingTeamwork+7
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Əməliyyatlar üzrə menecer
Müraciət et