Spa mərkəzinin gündəlik işini idarə edir və komanda rəhbərliyi bacarığı tələb olunur
Vakansiya haqqında
İş yeri: Bakı / region filialları
İş rejimi: Tam iş günü
Əmək haqqı: Sabit əmək haqqı + aylıq bonus
Tabelik: Mağazalar şəbəkəsinin rəhbərliyi / Satış Direktoru
Vəzifənin əsas məqsədiMağazanın gündəlik fəaliyyətinin effektiv idarə olunmasını təmin etmək, satış planlarının icrasına nail olmaq, mağaza komandasının fəaliyyətini təşkil etmək, müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq və mağazanın satış və əməliyyat göstəricilərinə cavabdeh olmaq.
Əsas vəzifə öhdəlikləri1. Satış və kommersiya
- Mağazanın aylıq satış planının icrasını təmin etmək;
- Gündəlik, həftəlik və aylıq satış nəticələrini analiz etmək;
- Satışların artırılması üçün tədbirlər və aksiyalar təşkil etmək;
- Satış komandasının fərdi və ümumi nəticələrinə nəzarət etmək;
- Orta çekin və əlavə satışların artırılması istiqamətində komandaya rəhbərlik etmək;
- Müştərilərə düzgün məhsul seçimi və alternativ məhsulların təklif edilməsini təmin etmək;
- Böyük və potensial müştərilərlə danışıqlarda iştirak etmək;
- Rəqiblərin qiymətləri, məhsul çeşidi və kampaniyalarını izləmək.
2. Komanda idarəetməsi
- Mağaza əməkdaşlarının gündəlik iş bölgüsünü təşkil etmək;
- Satıcıların satış fəaliyyətinə nəzarət etmək;
- İşçilərin satış bacarıqlarının inkişafını təmin etmək;
- Yeni əməkdaşların adaptasiyasını təşkil etmək;
- Komandanın motivasiyasını və intizamını qorumaq;
- İş qrafikinin düzgün hazırlanmasına və icrasına nəzarət etmək;
- Əməkdaşların KPI nəticələrini izləmək və rəhbərliyə təqdim etmək.
3. Məhsul və stok idarəetməsi
- Mağazadakı məhsul qalığına və stok dövriyyəsinə nəzarət etmək;
- Məhsulların qəbul, yerləşdirmə və satış proseslərinin düzgün aparılmasını təmin etmək;
- Stok çatışmazlığı və artıq stok risklərini vaxtında müəyyən etmək;
- Yavaş hərəkət edən və uzun müddət satılmayan məhsulları müəyyənləşdirmək;
- Sayım və inventarizasiya proseslərini təşkil etmək;
- Anbar və satış zalında məhsulların düzgün yerləşdirilməsinə nəzarət etmək.
4. Müştəri xidməti
- Yüksək müştəri məmnuniyyətinin təmin edilməsinə rəhbərlik etmək;
- Müştəri şikayət və narazılıqlarını operativ həll etmək;
- Müştəri xidmət standartlarının mağazada tətbiqinə nəzarət etmək;
- Satışdan əvvəl və satışdan sonra xidmət keyfiyyətini izləmək.
5. Mağaza standartları və nəzarət
- Mağazanın səliqəli, nizamlı və satışa hazır vəziyyətdə olmasını təmin etmək;
- Məhsulların düzgün qiymətləndirilməsi və qiymət etiketlərinin mövcudluğuna nəzarət etmək;
- Vitrin və məhsul təqdimatının şirkət standartlarına uyğunluğunu təmin etmək;
- Kassa, anbar və digər əməliyyatların daxili prosedurlara uyğun aparılmasına nəzarət etmək;
- Mal itkisi, səhv əməliyyatlar və digər risklərin qarşısının alınmasını təmin etmək.
6. Hesabatlılıq və analitika
- Gündəlik satış hesabatlarını izləmək;
- Həftəlik və aylıq satış nəticələri üzrə hesabat hazırlamaq;
- Satış planı və fakt göstəricilərini müqayisə etmək;
- Əsas KPI-lar üzrə nəticələri analiz etmək;
- Problemləri və inkişaf imkanlarını rəhbərliyə vaxtında təqdim etmək.
- Ali təhsil arzuolunandır;
- Pərakəndə satış və ya mağaza idarəçiliyi sahəsində minimum 3 il, rəhbər vəzifədə isə minimum 1–2 il iş təcrübəsi;
- Tikinti materiallarının satışı sahəsində təcrübə üstünlükdür;
- Satış və komanda idarəetməsi üzrə praktiki təcrübə;
- Tikinti materialları və məhsul kateqoriyaları haqqında ümumi bilik;
- Satış göstəricilərini analiz etmək və nəticələr əsasında qərar vermək bacarığı;
- MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı;
- 1C və ya digər ERP proqramlarında iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dilində səlis danışıq və yazılı ünsiyyət;
- Rus dili biliyi üstünlükdür;
- Güclü liderlik və kommunikasiya bacarıqları;
- Təşkilatçılıq və problem həll etmə bacarığı;
- Yüksək məsuliyyət və intizam;
- Stressə davamlılıq;
- Nəticəyönümlü və müştəriyönümlü yanaşma.
Mağaza Müdiri aşağıdakı göstəricilər əsasında qiymətləndiriləcək:
- Satış planının icra faizi;
- Satış artım tempi;
- Brüt mənfəət / marja;
- Orta çek;
- Müştəri sayı və konversiya;
- Əlavə satış göstəricisi;
- Stok dövriyyəsi;
- Stok çatışmazlığı və artıq stok;
- İnventar fərqləri və mal itkisi;
- Müştəri məmnuniyyəti;
- Komanda əməkdaşlarının KPI nəticələri;
- İşçi intizamı və davamiyyət;
- Mağaza standartlarına uyğunluq.
Liderlik • Nəticəyönümlülük • Təşəbbüskarlıq • Analitik düşüncə • Müştəriyönümlülük • Operativ qərarvermə • Məsuliyyət • Komanda ruhu • Dəqiqlik • İntizam
Şirkət haqqında
Şirkət – Tahiroğlu İnşaat olaraq, inşaat və təmir layihələri üçün etibarlı məhsul seçimini müştərilərimizə daha rahat və əlçatan etmək məqsədi ilə fəaliyyət göstərən bir şirkətik.
Tahiroğlu İnşaat — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Filialın gündəlik fəaliyyətini idarə edir və satış, idarəetmə bacarıqları tələb olunur
Filialın gündəlik fəaliyyətini idarə edir, satış və idarəetmə təcrübəsi tələb olunur
Region üzrə filialların idarə olunmasını və satış göstəricilərinin təhlilini həyata keçirir, liderlik bacarığı tələb olunur



